Icma.az
close
up
RU
Təyyar Bayramov: “Elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin”

Təyyar Bayramov: “Elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin”

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan muğamı var, Xan Şuşinski hər zaman zirvədə olan bir sənətkar olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  xanəndə, əməkdar artist Təyyar Bayramov Xan Şuşinskinin vəfatının ildönümü ilə bağlı danışarkən bildirib.

O bildirib ki, Xan Şuşinskinin səsi özünəməxsusluğu ilə seçilib və belə bir səsin yenidən yaranması çətindir:

“Doğrudan da, bənzərsiz bir səs idi. Onun həm zildə, həm bəmdə məlahətli səsi olurdu. “Şuşanın dağları” mahnısını hamı oxuyur, səsləndirir. Ancaq ondan gözəl oxuyan xanəndə yoxdur”.

Təyyar Bayramov qeyd edib ki, xanəndələr bu gün də Xan Şuşinskinin həm muğamlarından, həm də mahnılarından yararlanırlar. Onun sözlərinə görə, böyük sənətkarın yaradıcılığı yalnız xanəndələr üçün deyil, müxtəlif dövrlərin böyük sənətkarları və musiqişünasları üçün də mühüm mənbə olub.

Əməkdar artist Xan Şuşinskinin muğam sənətinin qorunmasına xüsusi önəm verdiyini də vurğulayıb. O bildirib ki, belə sənətkarlar dünyasını dəyişməklə sənətdən getmirlər, yaratdıqları əsərlər və musiqilər vasitəsilə yaşamaqda davam edirlər.

“Belə sənətkarlarımız gözünü yumub bu dünyadan köçməklə ölmürlər. Oxuyub yaradıblar, yaratdıqları bu əsərlərlə, bu gözəl musiqilərlə daim yaşayırlar. Xanımız da bizim o sənətkarlarımızdandır ki, biz hər zaman onu yad edirik”, - deyə T.Bayramov bildirib.

Xalq artisti qeyd edib ki, Xan Şuşinskinin sənət irsi və şəxsiyyəti Azərbaycan musiqi mədəniyyətində daim xatırlanacaq.

“Xanın dövründə yaşamamışam, mənim üç yaşım olanda o dünyasını dəyişib. Amma onun necə mənəvi zəngin insan olduğunu biz bu gün də görürük. Elə bir veriliş yoxdur ki, onun adı çəkilməsin, elə bir tədbir yoxdur ki, onun adı çəkilməsin. Bax, Azərbaycan musiqisi üçün bunu qoyub getmək lazımdır. Belə bir dahi sənətkarın qarşısında, heykəli qarşısında hər zaman baş əyirik”, - deyə Təyyar Bayramov əlavə edib.

Zeynəb Rzayeba

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri