Icma.az
close
up
RU
Təyyarə dənizə düşsəydi, insanları xilas edə bilməzdik Qəzanın ilk ŞAHİDLƏRİ

Təyyarə dənizə düşsəydi, insanları xilas edə bilməzdik Qəzanın ilk ŞAHİDLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. 

Hadisə yerinə ilk gələnlər arasında Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin (MREC) əməkdaşları olublar, onlar dərhal sərnişinlərə kömək ediblər. 

Modern.az xəbər verir ki, onlar Qazaxıstanın "orda.kz" nəşrinə açıqlamasında təyyarə qəzasının ilk dəqiqələri barədə danışıblar.

Abay Orgençbayev adlı əməkdaş həmin vaxt elektrik xətləri üçün dayaqlar quraşdırırmış. Günorta saat 11 radələrində, qəzadan yarım saat əvvəlsəmada güclü uğultu eşidilib.O, hadisə ibelə xatırlayır:

"Təyyarə üzərimizdən hava limanına doğru uçdu. Amma nədənsə oraya enə bilmədi və yenidən bizim üstümüzdən uçaraq Saina Şapaqatov kəndinə tərəf üz tutdu. Düşündüm ki, təyyarə hansısa manevr edir. O, çox qeyri-adi uçurdu. Sanki idarəetməni itirmişdi. 43-cü kilometrdə qəflətən suya yaxınlaşdı, lakin yerə təxminən 100 m çata bilməyib yenidən səviyyəyə qalxmağa başladı. Daha sonra təyyarə dənizə tərəf döndü. Qısa müddətdən sonra o, müəssisəyə doğru uçdu və onun yaxınlığında yerə endi. Yerə dəydikdən sonra partladı. Bütün bunlar gözümüzün qabağında baş verdi. Partlayış zamanı təyyarə iki hissəyə parçalandı". 

Hadisə şahidi deyir ki, təyyarə təxminən 10 dəqiqə yerə enməyə çalışıb. Hava gəmisi Saina Şapaqatov kəndi üzərində imiş. Orgençbayev hesab edir ki, pilotlar hündürlüyünü qoruyub saxlaya bilib və yaşayış binaları ilə toqquşmadan qaça biliblər. Təyyarə qəzaya uğrayan zaman işçilər dərhal qəza yerinə qaçıblar:

"Yaxınlaşanda mən insanların təyyarənin salamat qalan quyruq hissəsindən çıxdığını gördüm. Onlar özlərini itirmiş vəziyyətdə idilər, səndələdilər, güclə yeriyə bilirdilər. Bəziləri oturmuşdu, çoxları ətrafda baş verənləri çətinliklə başa düşürdüş İçəridə kömək üçün fəryadlar eşitdik və onları çıxarmağa tələsdik. Üç nəfər dərhal içəri girdi, digərləri çöldə qaldı və insanları kabinədən çıxarmağa kömək etdilər". 

Hadisənin digər şahidi Kadırbek Toylıbay deyib ki, ən çətini quyruq hissəsində sıxışan sərnişinləri xilas etmək olar: "İlk olaraq stüardessa çıxdı. Sonra uşaqlarla mən içəri girdik və yaralıları çıxarmağa başladıq. Onlardan biri, əli qanlı adam bizə kömək etdi. Arxa hissədə olan dörd sərnişin ən ağır xəsarətlər almışdı, onlar ağrıdan qışqırır, “ayağım” ifadəsini təkrarlayırdılar və kömək üçün yalvarırdılar". 

Şahidlərin dediyinə görə, təyyarədən çıxardıqları sərnişinlərin hamısı təhlükəsizlik kəməri taxıb. Kabinənin ətrafına maskalar səpələnmişdi. İçəridən qan və kerosin iyi gəlirdi. "Təyyarə dənizə düşsəydi, insanları xilas edə bilməzdik. Sanki Allah özü kömək etdi", - deyə elektrikçi bildirib.

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

Rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri