Icma.az
close
up
RU
Təyyarə qəzasında həlak olan balakənli Ramazanın həyat yoldaşı: “Ondan bizə 9 aylıq oğlumuz yadigar qaldı” FOTO

Təyyarə qəzasında həlak olan balakənli Ramazanın həyat yoldaşı: “Ondan bizə 9 aylıq oğlumuz yadigar qaldı” FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Təyyarə qəzasında həlak olanlardan birincisi bu gün doğulduğu kənddə dəfn olunub.  Söhbət Aktau şəhərində təyyarə qəzasında həlak olan 27 yaşlı Ramazan Filiyevdir. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, Balakənin Şərif kəndində bir müddət əvvəl rəhmətə gedən atasının yanında dəfn olunub. 
Dəfn mərasimi izdıhamlı keçib.  
Mərhumun həyat yoldaşı Həvva Filiyeva mərasimdən sonra bildirib ki, Ramazan Filiyev ailənin sonbeşiyi, üç bacının bir qardaşı olub. İki il əvvəl ailə qurduqlarını deyən Həvva Filiyeva Ramazanın ailəcanlı olduğunu, hər kəsə qayğı ilə yanaşdığını bildirib.  

Çox ağır günlər keçirdiklərini deyən xanım bu günlər hər kəsin onların yanında olduğunu, qayğıları ilə maraqlandıqlarını bildirib. Həvva Filiyeva 9 aylıq körpəsini mərhum həyat yoldaşının adına uyğun layiqli vətəndaş kimi böyüdəcəyini də sözlərinə əlavə edib.     
Qeyd edək ki, Ramazan Filliyev iki il əvvəl ailə həyatı qurubmuş və onun 9 aylıq körpəsi var.
R. Filiyev Qroznıya işləmək üçün gedirdi.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri