Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: Osman əmi, sən artıq şəhid atasısan
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Təyyarə Təmiri Qərargahının çavuşu, 37 yaşlı Əmrah Kuranın ölüm xəbəri Muğlanın Milas rayonundakı ata evinə çatıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhidlik xəbərini çatdıran əsgər "Osman əmi, sən artıq şəhid atasısan" deyib və bundan sonra baş verənlər ürəkləri dağlayıb.
Belə ki, hərbi nümayəndə heyəti Azərbaycandan Türkiyəyə qayıdan Təyyarə Təmiri Qərargahının çavuşu Əmrah Kuranın Muğlanın Milas rayonundakı ata evinə gəlib. Kuranın atası Osman Kuran və anası Hüriyyə Kurana onun şəhidliyi xəbər verilib.
Şəhidin ata evinin yerləşdiyi küçədə Türkiyə bayrağı asılıb. Qohumları və qonşuları başsağlığı vermək üçün şəhidin ata evinə axın etdilər.
Qeyd edək ki, şəhid, baş çavuş Emrah Kuran evli olub və onun üç övladı var.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















