Icma.az
close
up
RU
Təyyarə reysinin hər gecikən dəqiqəsinə görə xeyli pul ala bilərsiniz Yolunu göstəririk

Təyyarə reysinin hər gecikən dəqiqəsinə görə xeyli pul ala bilərsiniz Yolunu göstəririk

Icma.az bildirir, Lent az portalına istinadən.

COVİD Pandemiyasından sonra təyyarə ilə yola çıxanları sayı daha da çoxaldı. Demək olar ki, əksəriyyətimiz bu nəqliyyat vasitəsindən istifadə edirik. Bəs mənzil başına vaxtında çata bilirk? Gecikən reyslərlə bağlı insanlara kompensasiya ödənilməlidir?

Lent.az-ın əməkdaşının hazırladığı bu materialda suallara cavab tapmağa çalışacağıq. 

Cavablarımıza keçməmiş, onu da deyək ki, son vaxtlar avia şirkətlərin yeni yanaşmaları ortaya çıxıb. Biletləri sata bilməyiblərsə 2 reysi birləşdirilər. Tutaq ki, saat 16:00 uçuşuna bilet almısnsa, bunu növəti reysə, məsələn 22:00-a keçirdirlər. Bəzən bununla bağlı e-mailə xəbərdarlıq göndərilir. Amma unutduqları vaxtlar da olur. Hələ onu da nəzərə alaq ki, sizcə, azərbaycanlı sərnişinlərin neçəsinn gözü e-mailində olur? Bu suala nəzər salanda mənzərə o qədər də gözəl görünmür. Saatlarla, hətta sutka ilə Hava limanında qalıb yola çıxacaqlarını gözləyənlər var. Bunlara yemək verilirmi? Gecələmək üçün otel ayrılırmı? Bəlkə sərnişinin əvvəlcədən nəzərdə tutmadığı bu xərcləri ödəyəcək imkanı yoxdur...

Bu sahədə araşdırmaya başlayan kimi, ilkin informasiyalar onu göstərir ki, müasir hava nəqliyyatı sistemində reyslərin gecikməsi və ya təxirə salınması tez-tez rast gəlinən hallardandır. Bu cür gecikmələr insanların təyinat nöqtəsinə vaxtında çata bilməməsi ilə nəticələnir. Gecikmə məsələləri şəxsi, peşəkar və maliyyə baxımından ciddi narahatlıqlar yaradır. Belə hallarda hava yolları və ya hava limanları müəyyən məsuliyyət daşıyır və bir sıra ölkələrdə bu məsuliyyət qanunla tənzimlənir. Sərnişinlərə yönəlik kompensasiya və dəstək tədbirləri gecikmənin səbəbindən və ölkənin hüquqi çərçivəsindən asılı olaraq dəyişir. 

Beləliklə, gecikmələr, reyslərin ləğvləri və sərnişin hüquqları ilə bağlı araşdırmanı təqdim edirik:

Ən böyük hava limanı

Sahəsinə görə dünyanın ən böyük aeroport Səudiyyə Ərəbistanındakı Kral Fahd Beynəlxalq Hava Limanıdır (təxminən 780 km²). Sərnişin tutumuna görə ən böyük hava limanı isə ABŞ-ın Atlanta şəhərindəki Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanıdır. O, 2024-cü ildə 108 milyondan çox sərnişini qəbul edərək uzun illərdir ən böyük sərnişin trafiqli hava limanı statusunu qoruyub.

Reys gecikmələri zamanı təklif olunan dəstək

Sərnişinlərdən asılı olmayan səbəblər (hava şəraiti, texniki nasazlıq və s.) uçuş gecikdikdə və ya ləğv ediləndə aviaşirkətlər sərnişinlərə kömək etməlidir. Məsələn, AB (EU261) qaydalarına görə 2-3 saat gecikmə zamanı sərnişinə yemək, içki və əlaqə imkanı verilməli, 5 saatdan sonra isə bileti geri qaytarmaq mümkün olmalıdır. 

Əvvəlcə qeyd edək ki, bu nə qaydadır? - Bu, Avropa İttifaqının sərnişin hüquqlarını qoruyan 261 saylı qaydasıdır. Bu qayda, Avropa İttifaqı daxilində və ya Aİ-dən çıxan uçuşlarda reys gecikdikdə, ləğv olunduqda və ya sərnişinə təyyarəyə minmək imkanı verilmədikdə, onlara kompensasiya, qida, otel və digər hüquqlar təmin edir.

Demək, gecikmə gecəyə keçərsə sərnişinə pulsuz otel və hava limanından nəqliyyat təmin edilir. ABŞ-da isə bu cür tələb qanunla nəzərdə tutulmayıb; ancaq iri hava yolları 3 saatdan çox gecikmələrdə sərnişinlərə yemək və otel təklif etməyə razılıq veriblər. Beynəlxalq normalara əsasən hava yolu şirkətləri hava şəraiti və ya hava trafik idarəsi kimi nəzarətdən kənar hallara görə, pul kompensasiyası vermirlər.

Ən çox problem yaşanan ölkələr

Bu məsələlərlə bağlı ən çox problemlər sərnişin hüquqları zəif tənzimlənən ölkələrdə müşahidə olunur. Məsələn, Asiyada Hindistan və Çin istisna olmaqla vahid sərnişin hüquqları qanunu yoxdur və ölkələr uçuş ləğvlərini fərdi qaydalarla həll edir. Bu da sərnişinlər üçün hüquqi çaşqınlıq yaradır. Avropada isə tətbiq ölkədən-ölkəyə dəyişir. Araşdırmaya görə, Portuqaliyada 1 milyon sərnişinə 219 şikayət düşdüyü halda, Yunanıstanda cəmi 16 şikayət qeydə alınıb. Bu fərqlilik tənzimləmənin tətbiqindəki dəyişkənlik və sərnişin hüquqları barədə maarifləndirilmənin az olması ilə bağlıdır.

Sərnişin hüquqları hansılardı?

Avropa İttifaqı (EU261): Uçuş ləğv edilərsə sərnişinin biletin geri qaytarılması, alternativ reys və ya uçuşdan imtina variantı seçmək hüququ var. Həmçinin hava limanında yemək, içki və lazım gələrsə, otelə yerləşdirmə hüququ tanınır. Əgər ləğv 14 gündən az əvvəl bildirilibsə, məsafəyə görə 250-600 avro arasında kompensasiya ödənməlidir. 3 saatdan çox gecikmə vəziyyətində də müvafiq məbləğdə kompensasiya tələb oluna bilər.

ABŞ: Federal qaydalara görə, reys ləğv olunduqda sərnişinə alternativ reys və ya biletin məbləğinin geri qaytarılması təklif edilməlidir. Lakin gecikmələr üçün əlavə pul kompensasiyası verilmir. Yalnız ləğv və ya ciddi dəyişiklik zamanı sərnişin bilet pulunu geri ala bilir.

Türkiyə: Türkiyədə sərnişin hüquqları SHY-Yolcu (SHY-Passenger) qaydaları ilə tənzimlənir. Bu qaydalara əsasən:

Uçuş 2 saat və ya daha çox gecikərsə, sərnişinlərə yemək-içmək, əlaqə imkanı (telefon, internet) təqdim edilməlidir.

Uçuş 5 saatdan çox gecikərsə, sərnişin biletin tam qaytarılmasını və ya alternativ reysi seçmək hüququna malikdir.

Gecikmə gecə saatlarına təsadüf edirsə, sərnişinlərə otel yerləşməsi və hava limanı-otel nəqliyyatı təmin edilməlidir.

Kompensasiya isə məsafəyə görə müəyyən olunur bu hallar isə, yalnız aviaşirkətin məsuliyyətində olan vəziyyətlər üçün (texniki nasazlıq və s.) keçərlidir.

Azərbaycan: Hazırda Azərbaycanda EU261 və ya SHY (Mülki Aviasiya qaydası) səviyyəsində sərnişin hüquqları qanunu yoxdur. Gecikmə və ləğv halları əsasən aviaşirkət qaydalarına görə tənzimlənir; rəsmi kompensasiya sistemi mövcud deyil. Ölkəmizdə məsələnin konkret olaraq hansı qaydalarla həll edilməsi ilə bağlı Azərbaycan Hava Yollarına (AZAL) rəsmi sorğu göndərdik. Cavab alan zaman məqaləni yeniləyəcəyik.  

Praktik nümunələr

Avropa nümunəsi: London-İstanbul (2500 km) reysi 4 saat gecikdikdə, EU261-ə görə sərnişinlərə 400 avro kompensasiya verilməli və onlar uzun gözləmə zamanı yemək, içki və pulsuz otel xidmətləri ilə təmin edilməlidirlər.

ABŞ nümunəsi: Nyu-York-Los-Anceles reysi ləğv olunsa, sərnişinə alternativ reys və ya biletin geri qaytarılması təklif edilir. Bu halda əlavə pul kompensasiyası verilmir; sərnişin növbəti mövcud uçuşa köçürülür.

Bir çox ölkədə sərnişin hüquqları qanunla qorunsada, bəziləri bu qaydalara əməl etmir. Məsələn, Avropa Birliyi ölkələrində EU261 qaydası bütün aviaşirkətlər üçün məcburidir və dövlət nəzarətində tətbiq olunur. Lakin buna baxmayaraq, bəzi hava yolları kompensasiya verməmək üçün səbəbləri “fors-major” (təbii fəlakətlər, müharibə, zəlzələ, güclü fırtına, epidemiya, hava şəraiti səbəbindən uçuşun ləğvi kimi hallar) kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışır.

ABŞ-da isə sərnişin hüquqları daha çox aviaşirkətlərin öz siyasətlərinə əsaslanır; yəni reys gecikmələrinə görə kompensasiya verilməsi qanunla məcburi deyil, hava yolları bunu könüllü şəkildə edirlər.

Azərbaycanda isə bu sahədə hələlik tam formalaşmış hüquqi mexanizm yoxdur. Aviaşirkətlər gecikmə və ya ləğv hallarında kompensasiya verib-verməməkdə öz daxili qaydalarına əsaslanırlar, bu isə sərnişinləri qeyri-müəyyən vəziyyətdə qoyur.

Bir çox aviaşirkət yalnız qanunla məcbur edildikdə sərnişin hüquqlarına əməl edir. Hüquqi nəzarət zəif olduqda isə bu məsuliyyəti öz üzərinə götürməkdə könüllü davranmırlar. Bu səbəbdən də gecikən reyslərdə sərnişinlər haqlı olsa belə, hüquqlarını əldə etmək üçün tez-tez əlavə mübarizə aparmaq məcburiyyətində qalırlar. Əslində problem yalnız göydə deyil bəzən hüquqlar yerdəcə havada qalır.

Araşdırmadan məlum oldu ki, ən yüksək kompensasiyanı Çin verir. Hətta elə hallar olur ki, sərnişinlər uçuşların gecikməsinə sevinirlər, çünki bunun müqabilində əhəmiyyətli miqdarda pul kompensasiyası alacaqlarını bilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri