Icma.az
close
up
RU
TƏYYARƏ VURULUBMU VƏ NİYƏ AKTAUYA YÖNƏLDİLİB? Hərbi ekspertlərdən sensasiyalı açıqlamalar + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

TƏYYARƏ VURULUBMU VƏ NİYƏ AKTAUYA YÖNƏLDİLİB? Hərbi ekspertlərdən sensasiyalı açıqlamalar + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“İstənilən halda ekspertizanın nəticələrini gizlətmək mümkün olmayacaq” 

Ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması xəbəri dünya gündəmini zəbt edib. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

Qəzadan dərhal sonra hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı bir neçə versiya səsləndirilib. Bunlar arasında təyyarənin quş sürüsü ilə toqquşması, əlverişsiz hava şəraiti, eləcə də kənar təsirə məruz qalması olub.

Yayılan videolardan birində yaradılan dövlət komissiyasının azərbaycanlı üzvlərinin təyyarənin qalıqlarına baxaraq onu analiz etdiyi görünür. Onlar təyyarənin quyruq hissəsindəki dəliklərin hansı səbəbdən yarana biləcəyini müzakirə edir, onların çöldən içəri doğru olduğunu qeyd ediblər.

Bundan başqa, diqqətçəkən məqamlardan biri də hadisə şahidlərinin lentə alınan videolarla bağlı dövlət rəsmilərinə verdiyi məlumatlardır. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova təqdim edilən videoda təyyarə hələ havada olarkən onun sol qanad hissəsində zədə olduğu görünür:

“Baza” teleqram kanalının mənbələrinə istinadən yazdığı məlumata görə, AZAL-ın “Embraer 190” tipli təyyarəsi Bakı-Qroznı reysini həyata keçirən zaman Çeçenistan paytaxtının hava limanı Ukrayna tərəfindən pilotsuz uçuş aparatı ilə hücum təhlükəsinə görə təyyarələri qəbul etməyib. Qroznı hava limanı isə duman səbəbindən reysin Mahaçqalaya, oradan isə Aktauya yönləndirildiyini açıqlayıb.

“Rosaviasiya” isə qəzaya səbəb kimi quşlarla toqquşmanı əsas gətirib. Bildirilib ki, bundan sonra təyyarənin kapitanı Aktauya ehtiyat aerodroma uçmaq barədə qərar qəbul edib. Bununla belə, Qazaxıstan mediasında, təyyarənin göyərtəsində oksigen balonunun partlaması barədə iddialar yayılsa da, bu detal daha sonradan dəqiqləşdirilməyib.

Ehtimallar arasında ən çox müzakirə edilənlərdən biri isə AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurula biləcəyidir.

Bu barədə iddialar ilk olaraq Rusiyanın teleqram kanallarında yayılmağa başladı. Belə ki, qəzadan bir neçə saat sonra hadisə yerindən təyyarənin son halını əks etdirən görüntülər yayıldı. Bu görüntülərdən isə onun quyruq hissəsində çıxıntı və qəlpə zədələrinə bənzər izləri görmək mümkündür.

Bunun ardınca, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğunu iddia edib.

Öz teleqram kanalında yazılı açıqlama yayan Kovalenko hadisəni şərh edib və bildirib: “Bu gün səhər Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub. Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, lakin bunu etmədi. Təyyarə ruslar tərəfindən zədələnib və Qroznıda təcili enişi təmin etmək və insanları xilas etmək əvəzinə, Qazaxıstan tərəfə göndərilib”.

Hərbi ekspert Yan Matveyev isə təyyarənin kiçik ölçülü “Pantsir -S1M” zenit raket kompleksi ilə zədələnə biləcəyini istisna etməyib. Bununla belə, o, hazırda bu versiyanı yüz faiz dəstəkləyən məlumatın olmadığını da diqqətə çatdırıb.

“Reuters”ə açıqlama verən “AeroDynamic Advisory” şirkətinin analitiki Riçard Abulafiya isə bildirib ki, adətən quşlarla toqquşan təyyarə ən yaxın mümkün ərazidə yerə enir: “Bu zaman təyyarədə idarəetməni itirə bilərsiniz, lakin nəticə etibarilə kursdan uzaq məsafəyə uça bilməzsiniz”.

Bununla belə, bir qrup hərbi ekspert təyyarənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurula biləcəyi ehtimalını qəti olaraq mümkün hesab etməyib.

Belə ki, MDB ölkələrinin keçmiş zabitlərindən ibarət “Данк” teleqram kanalının ekspertləri qəzanın kənar təsirlər səbəbindən baş vermədiyinə əmin olduqlarını vurğulayıblar. Qeyd olunub ki, videogörüntülərdə təyyarənin quyruq hissəsində yer alan zədələr göstərir ki, onlara səbəb hava hücumundan müdafiə vasitələri ola bilməz. 

Bildirilib ki, təyyarənin üzərində izlər quyruğun yuxarı hissəsində yerləşir, hava hücumundan müdafiə raketləri isə yerdən buraxıldığından hədəfləri əsas olaraq aşağıdan vurur: “Böyük ehtimalla, təyyarənin üzərində deşiklər onun yerlə toqquşması zamanı yaranıb. Belə ki, obyekt yüksək sürətlə yerə dəydikdə torpağın üzərində olan daşlar korpusu deşə və təyyarənin üzərindəki izlərə bənzər əlamətlər yarada bilər”.

Sözügedən iddialara Qazaxıstanın Baş nazirinin müavini, qəzanın araşdırılması üçün yaradılan komissiyanın rəhbəri Kanat Bozumbayev də münasibət bildirib. O, hazırda araşdırmaların davam etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını vurğulayıb: “Bura, həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək”.

Məlumat üçün əlavə edək ki, Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib. Şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib.

AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Onu da xatırladaq ki, Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov təyyarənin qara qutusunun ötən gün tapıldığını açıqlayıb: “Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”.

Qeyd edək ki, qəzadan dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı təcili müşavirə keçirib, qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiyanın üzvləri dünəndən qəzanın baş verdiyi Aktau şəhərinə ezam olunub.  (“Qafqazinfo”)

“Təyyarəyə kənardan müdaxil olub...”

“Qəza ilə bağlı ehtimallar əsasən iki istiqamətdədir. Birincisi, hadisə Rusiyanın hava məkanında baş verdiyi üçün bu ölkənin silahlı qüvvələri tərəfindən bilərəkdən, yaxud bilməyərəkdən törədilməsi barədə fikir səsləndirilir. Yəni, təyyarənin Qroznı istiqamətində “Pantsir” HHM vasitəsi ilə vurulduğu iddiası səsləndirilir. İkincisi, Rusiya tərəfi Ukrayna silahlı qüvvələrinin Qorznı-Mahaçqala istiqamətində dron hücumları təşkil etdiyini əsas gətirib hadisəni ona istiqamətləndirməyə çalışa bilər”.

“AzPolitika” xəbər verir ki, bunu isə hərbi ekspert Elxan Şıxəliyev “LAF TV”-yə müsahibəsində təyyarə qəzasının səbəbləri barədə versiyaları şərh edərkən deyib.

“Ukraynanı dəstəkləyən qüvvələr bildirirlər ki, bu hadisəni Rusiyanın HHM vasitələri həyata keçirib. ABŞ və s. ölkələrin mətbuat orqanları bu versiyanı tirajlayır. Qarşı tərəf isə hadisəni Ukraynanın edə biləcəyinə dair özlərinə yaxın teleqram kanallarında məlumatlar yayırlar”, - o əlavə edib.

E.Şıxəliyev hesab edir ki, istənilən halda ekspertizanın nəticələrini gizlətmək mümkün olmayacaq: “Həm şahidlər var, həm də ilk dəfə gördüm ki, həm bortdan, həm də qəzanın baş verdiyi anda yerdən çəkilişlər aparılıb. Sərnişinlərin özlərinin çəkilişləri və bir çox başqa dəlillər də var”.

Hərbi ekspert vurğulayır ki, istənilən halda təyyarəyə xarici müdaxilə olub: “Bortun səhtində yaranmış zədələr xaricdən atıcı silahların müdaxiləsinə çox bənzəyir. Yəni, deşiklərin kiçikliyi onu göstərir ki, onlar təyyarənin yaxınlığında partlamış mərmi qəlpələrin yaratdığı izlərdir. Ayıdn görünür ki, təyyarənin yaxınlığında mərmi partlayıb və onun qırıntıları təyyarəyə dəyib. Pilotların həmin zaman ağlına gəlməzdi ki, belə bir hadisə ola bilər. Ona görə düşünə bilərlər ki, dəfələrlə üzləşdikləri kimi havada quş dəstəsi ilə toqquşma baş verib”.

E.Şıxəliyevin sözlərinə görə, bortun deşilməsi, mərminin içəri keçməsi, sərnişinin yaralanması hadisəsi də təsdiq edir ki, kənar müdaxilə baş verib.

“İndi bunu kim edib, hansı silahdan edib, bu, texniki ekspertiza zamanı üzə çıxacaq. Ekspertiza iki cür olur: bortun vizual olaraq incələnməsi və “qara qutu”nun dinlənilməsi...”, - hərbi ekspert izah edib.

Rasim Əliyev

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri