Icma.az
close
up
RU

Təyyarənin narıncı rəngli qara qutularında NƏLƏR VAR...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəza enişi edib. Təyyarənin qəzaya uğramasına səbəb hava gəmisinin Rusiya səmasında hücuma məruz qalması olub.

Hazırda təyyarənin "qara qutu"su araşdırılır. Qəzanın səbəbləri barədə son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq.

Modern.az “qara qutu”da hansı məlumatların olduğunu araşdırıb.

“Qara qutu” təyyarələrin uçuşu zamanı baş verən hadisələri qeyd edən və təyyarə qəzası baş verdikdə hadisənin təhlilində istifadə olunan avadanlıqdır. 

"Qara qutu" adından göründüyü kimi qara deyil, narıncı rəngdə olur. Qutunun bu rəngdə olmasına səbəb təyyarə qəzası zamanı onun tapılmasını asanlaşdırır. Cihazın ilk istifadəsi 1947-ci ilə təsadüf edir. 1958-ci ildən sonra onun təyyarələrdə istifadəsi Mülki Aviasiya Şurası tərəfindən məcburi hala gətirilib.

Qara qutu iki əsas hissədən ibarətdir: Uçuş məlumatları qeydedicisi (FDR) və səs qeydedicisi (CVR).

Uçuş məlumatları qeydedicisi təyyarənin uçuş zamanı topladığı məlumatları qeyd edir. Bu məlumatlar təyyarənin texniki vəziyyətinə və fəaliyyətinə dair geniş spektri əhatə edir. Məsələn, təyyarənin yüksəkliyi, sürəti, eniş və qalxış bucağı, mühərriklərin vəziyyəti və işləmə temperaturu, idarəetmə sistemlərinin vəziyyəti, pilotların verdiyi əmrlər və təyyarənin hərəkətlərini əhatə edir.

Səs qeydedici təyyarə içindəki səs mühitini qeyd edir. Bu cihaz pilotların və digər heyət üzvlərinin dialoqlarını, kabinədəki səs-küyü, təyyarənin içindəki hadisələri (məsələn, təyyarənin təzyiqi və ya mühərrik səsindən gələn siqnallar) qeyd edir. Bu qurğu təyyarə qəzasının səbəblərini araşdıran mütəxəssislərə məlumatları təmin edir. Məsələn, pilotların və heyətin təyyarə ilə bağlı verdikləri qərarlar və vəziyyətə münasibətləri, təyyarə içindəki hər hansı təcili vəziyyət və ya səsli xəbərdarlıqlar, təyyarə ilə əlaqədar problemlər və ya texniki nasazlıqlar haqqında məlumatlar verilir.

Qara qutular xüsusi materiallardan hazırlanır, onlar uçuş zamanı təyyarənin daxili təzyiqini, istilik və digər fiziki təsirlərdən qorunur. Təyyarə qəzası zamanı qara qutular çox güclü zərbələrə, yüksək temperatur və digər xarici təsirlərə qarşı qorunur. Bu, onların məlumatları təhlükəsiz şəkildə saxlamasına və qəza sonrası tapılmasına kömək edir.

Sərnişin təyyarələrindəki qara qutular 90 gün ərzində dənizdə siqnal göndərə bilir. Orta hesabla 5 kilo ağırlığında olan qara qutular dəniz suyu ilə qarşılıqlı əlaqədə olduqda aktivləşir və siqnallar yaymağa başlayır. Beləliklə, qəzaya uğrayan təyyarənin yerini axtaran istənilən komanda onu hətta dənizin altında da tapa bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri