Təyyarənin qəzaya uğradığı yeri çəkən bloger saxlanıldı Bu görüntülərə görə
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktaudan olan bloger Azamat Sarsenbayev Mangistau vilayətinin polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Publika.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, o, ictimai asayişi pozduğuna görə saxlanılıb.
“O, hadisə yerinə (təyyarə qəzasının baş verdiyi yer – red.) pilotsuz uçan aparatı işə salaraq xilasetmə xidmətlərinin işinə və əməliyyat-axtarış tədbirlərinə mane olub, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”, - polis idarəsindən bildirilib.
Qeyd edək ki, bloger Azamat Sarsenbayev dronla Aktauda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələrinin fotolarını çəkib və yayıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Azamat Sarsenbayevin çəkdiyi fotolar:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















