Təyyarənin quyruq hissəsi eniş zamanı alovlandı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Air India”da ikinci faciə təşvişi yaşanıb
Hindistanda 241 nəfərin həyatını itirdiyi qəzadan sonra başqa bir “Air India” təyyarəsi də faciənin bir addımlığından dönüb.
Sherg.az xəbər verir ki, Hindistanda “Air India” aviaşirkətinə məxsus bir təyyarənin quyruq hissəsində, enişdən qısa müddət sonra yanğın baş verib.
Xatırladaq ki, keçən ay başqa bir “Air India” təyyarəsi havaya qalxdıqdan az sonra Meghani Nagar yaşayış məntəqəsinə düşərək 241 nəfərin ölümünə səbəb olmuşdu.
Aviaşirkətin sosial media platforması X-dəki rəsmi hesabında yayımlanan açıqlamada bildirilir ki, Honq Konqdan Yeni Dehliyə uçan “Airbus A321” tipli təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji qurğusunda enişdən sonra yanğın baş verib.
Yanğının sərnişinlərin təyyarədən endiyi vaxt meydana gəldiyi qeyd olunan açıqlamada, güc sistemi yanğın səbəbilə avtomatik şəkildə sönüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, təyyarənin zədələndiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















