Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Tez yorulursan? Səbəb bu ola bilər Mütəxəssis açıqlayır

Tez yorulursan? Səbəb bu ola bilər Mütəxəssis açıqlayır

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xroniki yorğunluq sadəcə gündəlik yorğunluqla eyni deyil. Bu, uzun müddət davam edən, istirahət və yuxudan sonra belə keçməyən, insanın həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Əgər bu hal bir neçə həftə və ya ay davam edirsə, artıq onu sadəcə yorğunluq kimi qəbul etmək olmaz, çünki bu, çox zaman müəyyən xəstəliklərin əlaməti ola bilər”.

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib. 

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri qan azlığıdır:

“Qanda oksigen daşıyan hemoqlobinin azlığı səbəbindən orqanizm kifayət qədər oksigenlə təmin olunmur və insan daim halsızlıq, gücsüzlük hiss edir. Digər vacib səbəb isə qalxanabənzər vəzin xəstəlikləridir. Hormonların çatışmazlığı (hipotiroidizm) maddələr mübadiləsini zəiflədir və insan özünü ağır, yorğun hiss edir. Əksinə, hormonların çoxluğu (hipertiroidizm) orqanizmi yükləyərək enerjini tez tükəndirir. 

Xroniki yorğunluğa psixoloji amillər də səbəb ola bilər. Stres, narahatlıq və ya depressiya insanın həm emosional, həm də fiziki gücünü azaldır. Bu zaman istirahət kifayət etmir, çünki problemin kökündə psixoloji gərginlik dayanır. Yuxu pozğunluqları da geniş yayılmış səbəblərdəndir. Yuxu apnesi və ya keyfiyyətsiz yuxu zamanı insan yatmış olsa da, orqanizm dincələ bilmir və səhərlər yorğun oyanır”.

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri də orqanizmin enerjisini aşağı salır:

“Diabetdə qanda şəkərin qeyri-sabit olması tez yorulmaya gətirib çıxarır, ürək və ağciyər problemlərində isə orqanizmin oksigenlə təminatı zəiflədiyi üçün yorğunluq artır. Bəzi hallarda xroniki infeksiyalar və ya immun sistem xəstəlikləri də bu hissi yarada bilər. Hətta səbəbi aydın olmayan və xüsusi olaraq “xroniki yorğunluq sindromu” adlanan bir vəziyyət də mövcuddur. Bu zaman yorğunluq aylarla davam edir və adi analizlərdə heç bir ciddi problem görünməyə bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri, qalxanabənzər vəz hormonlarının yoxlanılması, şəkər səviyyəsinin ölçülməsi, ürək və ağciyərlə bağlı müayinələr səbəbin aydınlaşdırılmasına kömək edə bilər. Çünki yorğunluq çox zaman başqa xəstəliyin xəbərçisi olur və erkən diaqnoz həm müalicəni asanlaşdırır, həm də fəsadların qarşısını alır”.

Z.Quliyev sonda qeyd edib ki, həyat tərzi faktorlarını da unutmaq olmaz:

“Yuxu rejiminin qaydaya salınması, balanslı qidalanma, gündəlik fiziki aktivlik və stresin idarə olunması yorğunluğun azalmasında mühüm rol oynayır. Əgər yorğunluq bu tədbirlərə baxmayaraq davam edirsə, artıq onu adi hal kimi qəbul etmək olmaz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri