Icma.az
close
up
RU
Təzyiq kəskin qalxanda İLK YARDIM+VİDEO

Təzyiq kəskin qalxanda İLK YARDIM+VİDEO

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hipertoniya xəstəliyinin ağır formalarında xəstələrdə hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) formasında fəsadlar baş verə bilər.

Bu çox təhlükəli haldır ki, insultla, infarktla və hətta ölümlə də nəticələnə bilər.

Hipertonik krizlərin baş vermə səbəbləri: psixiki travmalar və həyacanlanmalar, mənfi emosiyalar, havanın (atmosfer təzyiqinin, havanın temperatu və nəmliyinin) kəskin şəkildə dəyişməsi və s. Hipertonik krizlər əksər hallarda, xəstələr özlərini yaxşı hiss etdikləri üçün, arterial təzyiqin endirilməsi üçün əvvəlllər müntəzəm şəkildə qəbul etdikləri dərman preparatlarının qəbulunu dayandırmaları səbəbindən baş verir.

Hipertonik krizin əlamətləri: kəskin baş ağrısı, başgicəllənməsi, ürəkdöyünmə, ürək nahiyəsində ağrıların olması, ürəkbulanma, qusma, görmənin pozulması (gözlərin qarşısında duman və s.), həddindən artıq dərəcədə həyəcanlılıq və ya tormozlanmanın olması, yuxululuq, bəzi hallarda qıcolmalar, huşun itirilməsi.

Hipertonik kriz zamanı ilkin tibbi yardım:

- dərhal “təcili yardım” çağırın;
- “təcili yardım” gələnə qədər xəstəni yatağa uzadaraq ona rahat yarımoturaq vəziyyət verin ki, xəstədə təngnəfəslik inkişaf etməsin;
- xəstənin təzyiqini ölçün;
- xəstəni sakitləşdirməyə çalışın, hərəkət etməyə və danışmağa icazə verməyin, otağa təmiz hava daxil olmasını təmin edin (pencərəni və nəfəsliyi açın);
- nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini və s. açın;
- alın, boyun, bilək nahiyələrinə soyuq suda isladılmış dəsmal və ya salfet qoyun, xəstəyə içməyə soyuq su verin;
- yayındırıcı üsullardan istifadə edin - ənsə və baldır nahiyyələrinə xardal kağızı, ayaqların altına isti qrelka qoyun və ya xəstənin ayaqlarını isti suya salın;
- hipertonik  kriz ürək nahiyyəsində olan ağrılarla müşayət olunarsa, xəstəyə dilinin altına qoymaq üçün nitroqliserin verin;
- xəstəyə adi günlərdə təzyiqini aşağı salmaq üçün qəbul etdiyi dərmanlar verin;
- əgər xəstə həyəcanlı vəziyyətdə olarsa, ona sakitləşdirici dərman da verin.

Diqqət! Təzyiqin kəskin şəkildə aşağı salınması çox təhlükəlidir!

Saglamolun.az bildirir ki, hipertonik krizin profilaktikası üçün arterial təzyiqi aşağı salan dərman preparatlarını müntəzəm şəkildə qəbul etmək, arterial təzyiqə nəzarət etmək, pəhrizə riayət etmək, gərgin vəziyyətlərdən uzaq olmaq, alkoqollu içkilərin qəbulundan və siqaretdən imtina etmək, müəyyən pəhriz saxlamaq və s. bu kimi qaydalara (bütün bunlar barədə həkim sizə məlumat verməlidir) əməl etmək lazımdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri