Icma.az
close
up
RU
Təzyiq necə ölçülməlidir və hansı yüksək sayılır? Həkimdən açıqlama

Təzyiq necə ölçülməlidir və hansı yüksək sayılır? Həkimdən açıqlama

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və yaşam tərzidir.

Bunların içində dəyişdirə biləcəyimiz tək amil yaşam tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaqla hipertoniyanın qarşısını almaq və ya ortaya çıxmasını gecikdirməyə kömək edəcək.

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev qan təyziqi ilə bağlı suallarımızı cavablandırıb.

Əslində qan təzyiqin 120/80 mmHg-dan aşağı olması optimal sayılır. 120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir.

Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edirlər. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artmaqdadır. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və s. kimi fəsadlardır.

Yüksək qan təzyiqində sadəcə gündüz ölçmələri kifayət deyil. Gecə vaxtı qan təzyiqin ölçümü də çox önəmlidir. Belə ki, gecə qan təzyiqləri yüksək olan şəxslərin insult və miokard infarktı riski digər hipertenziya xəstələrinə görə ən az ikiqat artıqdır. Bəzi xəstələrdə isə maskalanmış hipertenziya olur ki, bu durumda həkim kontrolunda qan təzyiqi normal olduğu halda evdə qan təzyiqi yüksək olur və ya tam tərsinə "ağ xalat" hipertenziyası adlandırdığımız durumda xəstəxanada qan təzyiqləri yüksək, xəstəxana xaricində isə normal olur. Bunu nəzərə alaraq, bütün hipertenziya xəstələrində mütləq şəkildə 24 saatlıq qan təzyiqi monitorinqi icra edilməlidir.

Yuxu apnoyesi durumu özəlliklə artıq çəki və qısa boynu olan xəstələrdə mütləq nəzərə alınmalıdır. Bu xəstələrdə gecə yuxuda xoruldama, gündüz yuxululuq, istəmsiz yatma, davamlı gün içində yorğun olub-olmadığı soruşulmalı və lazım görülən durumlarda polisomnoqrafiya (yuxu testi) icra olunmalıdır.

- İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və Bədən Kütlə İndeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalıdır. Fiziki aktivliyə önəm verilməlidir (günlük ən az 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər).

Bu həyat tərzindəki müsbət dəyişiklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər.

- Hipertoniyanın dərman müalicəsində xəstəliyin növü, pasiyentin yaşı, həyat tərzi, kardiovaskulyar risk faktorları və mövcud olan yanaşı xəstəliklər nəzərə alınmalıdır.

Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertenziya Cəmiyyətinin tövsiyələrinə əsasən, dərman müalicəsinə kombinə olunmuş dərman preparatları ilə başlanması daha məqsədəuyğundur. Dərman müalicəsi başlayanda xəstəyə bəzi preparatların təsirinin gec və bəzən optimal nəticə əldə etmək üçün 2-4 həftəyə qədər zamana ehtiyac ola biləcəyi izah edilməlidir.

- Qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir. Biləkdən ölçüm aparan cihazların istifadəsi tövsiyə olunmur. Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçüm aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı təqiblərdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunun qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən az 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə hipertoniya diaqnozu qoyulur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:951
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri