Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

The Guardian : Sosial media qadağaları qlobal miqyas alır (ARAŞDIRMA)

The Guardian : Sosial media qadağaları qlobal miqyas alır (ARAŞDIRMA)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Avstraliyanın sərt tədbirlərindən sonra böyük texnologiya şirkətləri hesablaşma ilə üzləşir

Qaynarinfo "The Guardian"ın araşdırmasını təqdim edir

Avstraliya 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan etdikdən sonra bu təcrübə Böyük Britaniya, İndoneziya və Malayziya da daxil olmaqla digər ölkələrdə genişlənib. Bu addım uşaqların texnologiyanın təhlükələri ilə bağlı narahatlıqları artırıb.

Avstraliya ötən ilin dekabrında 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanunu tətbiq edəndə onun qlobal təsiri hələ aydın deyildi. Dünya maraqla izləyirdi ki, bu ölkə ən genişmiqyaslı məhdudiyyəti həyata keçirir. Qlobal səviyyədə isə inamsızlıq, heyranlıq və bir çoxlarının uşaqların bu qadağanı aşmaq üçün yol tapacağına inam hökm sürürdü.

Bir neçə ay sonra məlum oldu ki, Avstraliyanın təşəbbüsü qlobal səviyyədə dəyişikliklərin başlanğıcıdır. Mart ayında İndoneziya 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini əsasən məhdudlaşdırdı, bu ay isə Malayziya eyni addımı atdı. Ötən həftə Böyük Britaniya 2027-ci ilin əvvəlinə qədər 16 yaşdan kiçiklərin sosial mediaya girişini qadağan etmək planlarını açıqladı.

Tech Policy Press-in icraçı direktoru və redaktoru Castin Hendriks deyir ki, Avstraliyanın qadağası "istiqamətverici siqnal” rolunu oynayıb; fevraldan bəri qurum 40-dan çox ölkədə uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması səylərini izləyir. O bildirib: "Bu, digər tənzimləyicilər arasında maraq yaradıb.”

Artan sayda məhkəmə iddiası laissez-faire yanaşmasının risklərini üzə çıxardı. Foto: Catherine Falls Commercial/Getty Images

Hendriks əlavə edir ki, nəticənin necə olacağı hələ məlum deyil. "Texnologiyanın ‘böyük tütün anı’ ifadəsi tez-tez işlədilir. Sosial medianın zərərləri və asılılıq yaradan xüsusiyyətləri ilə bağlı əvvəllər olduğundan daha çox əsaslı dəlillər mövcuddur, amma elmin hələ tamamlanmadığını, öyrənilməkdə olduğunu düşünürəm.”

Yunanıstandan Qabona qədər hər ölkənin uşaqların sosial media istifadəsini məhdudlaşdırmaq üçün fərqli qaydaları var. Məsələn, Avstriyada plan 14 yaşdan aşağıların girişini məhdudlaşdırmaqdır, Fransada isə yaş həddi 15-dir. Norveç hazırda qadağanı 13 yaşdan 16 yaşa qədər genişləndirməyi düşünür.

Polşa, Danimarka və Böyük Britaniya kimi ölkələrdə sosial mediadan istifadə məhdudlaşdırılanda məktəblərdə smartfon istifadəsinə də qadağalar tətbiq edilir. Bəzən tənzimləyicilər bu yanaşmalardan yalnız birini seçirlər. Məsələn, Braziliyada məktəblərdə bütün yaş qruplarından olan şagirdlərin mobil telefondan istifadəsi qadağandır, amma 16 yaşdan kiçik uşaqlar valideyn və ya qanuni qəyyumun hesabından sosial mediadan istifadə edə bilərlər.


 

Bütün bu tədbirlər texnologiyanın uşaqlar üzərində təsirini müzakirə edən geniş dialoqa işarə edir, deyə Hendriks bildirir. "Hazırda uşaqlar və yeniyetmələrin həyatında olan böyük texnoloji təsirlərlə evdə və məktəbdə mübarizə aparılır. Lakin uzaqdan baxdıqda görürük ki, biz nə etdiyimizi bilmirik.”

Son aylarda artan məhkəmə iddiaları ilə sərbəst yanaşmanın riskləri  üzə çıxıb. Məktəb dairələri, müxtəlif dövlət rəsmiləri və minlərlə ailə sosial media platformalarının uşaqların psixi sağlamlığına zərər verdiyini iddia edir. Onlar platformaların bilə-bilə asılılıq yaradan dizayna malik olduğunu və uşaqları cinsi istismarçılardan, zərərli məzmundan qorumaqda uğursuz olduqlarını bildirirlər. Şirkətlər bu ittihamları rədd edir.

Kaliforniyada aparılan böyük məhkəmə işində "Meta” və "YouTube” gənc istifadəçini asılı vəziyyətə salan və ona zərər verən məhsullar yaratmaqda məsuliyyətə cəlb olunub. Hüquqşünas Mark Lanye məhkəmədə deyib: "Uşağın telefonu heç vaxt əlindən qoymamasını necə təmin etmək olar? Bu, asılılığın mühəndisliyidir. Onlar bunu mühəndisləşdiriblər və telefonlara bu xüsusiyyətləri əlavə ediblər.”


"Amnesty International” Avstraliyanın qadağasını "təhlükəsiz sürətli düzəliş” kimi qiymətləndirib. Foto: GoodLifeStudio/Getty Images

Bütün bunlar cəmiyyətdə dərin təsir buraxıb, deyə Hendriks bildirir. "Sosial media ilə bağlı təcrübə və zərərlərin gec görünməsi, tənzimləyici reaksiyanın gecikməsi insanların süni intellekt barədə düşüncələrinə də təsir edir. Bir çox qanunverici ‘səhvlərimizi təkrarlamaq istəmirik’ deyir.”

Bəzi məhkəmələr süni intellektlə bağlı məsələlərlə məşğul olur; Böyük Britaniyada elan olunmuş qadağada romantik çatbotların cinsi əlaqəni təqlid edənləri üçün minimum yaş həddi 18 yaş nəzərdə tutulur. Kanadada sosial media qadağasında süni intellekt çatbotlarının arxasında duran şirkətlərin zərərli məzmun riskini azaltmaq üçün qoruyucu mexanizmlər tətbiq etməsi tələb olunur. Yaxınlarda Norveç ibtidai məktəblərdə generativ süni intellekt alətlərinin istifadəsini demək olar ki, tam qadağan edəcəyini və daha böyük şagirdlər arasında istifadəsini məhdudlaşdıracağını açıqlayıb.

Sosial media qadağalarının ümumi nəticələri hələ də aydın deyil. Avstraliya hökuməti 5 milyona yaxın uşağa aid hesabın bağlandığını bildirir, amma ölkənin onlayn təhlükəsizlik orqanının 900 valideyn arasında apardığı sorğuda qadağadan əvvəl sosial media hesabı olanların təxminən üçdə ikisinin hələ də hesablarına giriş imkanını qoruduğu məlum olub.


Baş nazir Kir Starmer Böyük Britaniya hökumətinin qadağa planlarını açıqlayarkən narahatlıqlara cavab verib. O deyib: "Onlar digər qanunları da pozurlar, amma biz demirik ki, ‘Uşaq pivə almağı bacardı, onda onu qadağan etməyək.’ Bu, tam absurddur və bunu qəbul etmirəm.”

İtaliyanın Baş naziri Corca Meloni hökumətinin uşaqlar üçün sosial media qadağası planının olmadığını bildirərək arqumentin kifayət qədər inandırıcı olmadığını deyib. O bildirib: "16 yaşdan kiçiklər üçün sosial media qadağasına qarşı deyiləm, lakin belə qadağadan asanlıqla yayınmaq mümkündür və təkbaşına problemi həll etmir.”

Hindistan — dünyanın ən böyük sosial media bazarı — istisnadır. Orada qadağalar və məhdudiyyətlər əsasən aktivistlər və bəzi hakimlər tərəfindən uşaqların zərərli məzmuna çıxışı barədə narahatlıqlarla irəli sürülür.


Böyük Britaniyanın sosial media qadağasını elan etməsindən sonra Londondakı metroda yerləşdirilən "YouTube” reklamı. Foto: Chris J Ratcliffe/Reuters

ABŞ-da isə böyük texnologiya şirkətlərinin mərkəzi kimi genişmiqyaslı məhdudiyyətlərin tətbiq edilməsinə məhkəmə qərarları və texnologiya sənayesinin hökumətlə əlaqələrinin sıxlığı mane olur. Florida ştatı 14 yaşdan kiçik uşaqların bəzi sosial media platformalarına girişini qadağan edib, 15 yaşlılardan isə valideyn icazəsi tələb edir. Yuta geniş qanunvericilik qəbul edib, lakin bəzi yaş yoxlama hədləri ifadə azadlığı əsas gətirilərək məhkəmələr tərəfindən dayandırılıb. Arkanzasda da sosial media məhdudiyyətləri məhkəmə qərarı ilə dayandırılıb.

Texnologiya şirkətləri məhdudiyyətlərin yeniyetmələri daha zərərli platformalara yönəldə biləcəyini iddia edir. Lakin Avstraliyanın qadağası zamanı "Amnesty International” təşkilatı bu addımı "effektiv olmayan təcili tədbir” kimi qiymətləndirib və onun rəqəmsal nəsil reallıqlarından kənarda olduğunu vurğulayıb.


Avstraliya qadağası tətbiq edildikdən sonra yeniyetmə əlindəki telefonda sosial media platformasından gələn bildirişi oxuyur. Foto: AFP/Getty Images

Təşkilat tənzimləmə və təhsilin vacib olduğunu, bunun isə sosial media istifadəçilərinin qorunmasını, məlumatların mühafizəsini və platforma dizaynının təkmilləşdirilməsini əhatə etməli olduğunu vurğulayıb. "Amnesty International”dan Damini Satica ötən il bildirib ki,

"Ümumi qadağa o deməkdir ki, uşaqlar eyni zərərlərə gizli şəkildə məruz qalmağa davam edəcəklər və bu, onları daha böyük risklə üz-üzə qoyacaq.”

Bu yanaşma bəzi hökumətlərin siyasətinə təsir edib. Kanadada bu ay qəbul edilən sosial media qadağasında zərərli məzmundan qoruyan siyasətə malik şirkətlər üçün istisna nəzərdə tutulur. İspaniyada isə sosial media qadağası ilə yanaşı, platforma rəhbərlərinin nifrət nitqinə görə şəxsi məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi hazırlanır.

Digərləri isə balans yaratmağa çalışırlar. Çin uzun müddətdir ki, Qərb sosial media platformalarını bloklayır və 2021-ci ildən yeniyetmələrin onlayn oyunlara həftəiçi girişini qadağan edib, həftə sonları isə axşam saat 20:00-dan 21:00-dək bir saat icazə verir. Çində "TikTok”un analoqu olan "Douyin” də 14 yaşdan kiçik uşaqlar üçün platformadan gündəlik istifadə müddətini 40 dəqiqə ilə məhdudlaşdırıb.


ABŞ-ın müxtəlif ştatlarında uşaqların rəqəmsal media istifadəsini məhdudlaşdırmaq üçün səylər davam edir. Foto: Prostock-studio/Alamy

Dünyada sosial media qadağaları yayılır, lakin onların məqsədləri ilə bağlı suallar da var. Məsələn, Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediaya girişinin bloklanmasını nəzərdə tutan təklif müzakirə olunarkən istifadəçilərin hökumətin idarə etdiyi portalda qeydiyyatdan keçməsi tələbi narahatlıq yaradıb. Bu, dövlət nəzarəti və internet saytlarının bloklanması ilə bağlı tənqidlərə səbəb olub.

Hendriks deyir ki, ABŞ-da uşaqların rəqəmsal media istifadəsini məhdudlaşdırmaq istiqamətində atılan addımlar buna yaxşı nümunədir.

"Burada müxtəlif motivasiyalar var və bu, siyasi mühitdən asılıdır. Bəziləri sosial mühafizəkar mövqedən çıxış edərək pornoqrafiya və ya LGBT+ məzmununa çıxışın məhdudlaşdırılmasını müdafiə edir, digərləri isə asılılıq və psixi sağlamlıq məsələlərini ön plana çəkirlər.”

Ekvadorda 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışı ilə bağlı müzakirələr cinayətkar qrupların uşaqları öz sıralarına cəlb etməsinin qarşısını almağa yönəlib.

Hendriks bildirib:

"Mövzular və əsas arqumentlər ölkədən ölkəyə, yurisdiksiyadan yurisdiksiyaya dəyişir. Ancaq ümumi razılıq ondan ibarətdir ki, sosial media uşaqlar və yeniyetmələr üçün ciddi zərər riski yaradır və həmin zərərin qarşısının alınması vacibdir.”

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri