Icma.az
close
up
RU
The New York Times Naftalandan yazıb, həm də necə...

The New York Times Naftalandan yazıb, həm də necə...

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Neft ölkəsi olan Azərbaycanda insanlar öz nefti ilə təkcə fəxr etmir, həm də bu neftin içində... çimir. Çünki neftin sağlamlığa faydasına inanırlar".

Bu cümlələri "The New York Times" (NYT) qəzetinin Azərbaycana ezam olunmuş müxbiri Anton Troyanovski "İqlim sammitində neftin içində çimmək. Ləkəsi qalır" adlı reportajında yazıb. Müxbir yazır ki, iqlim sammiti zamanı neft vannası qəbul edib. Təəssüratlarında jurnalist özünü "neftə bulaşmış heyvan" kimi hiss etdiyini yazıb.

Slavyan əsilli amerikalı jurnalistin özünü necə bir canlı varlıq kimi hiss etməsi onun, əlbəttə, öz işidir. Ancaq hətta Naftalan kurort şəhərindən, müalicə sanatoriyasından reportajı belə qərəzlə yazıb.

Troyanovski yazır ki, COP29-da iştirak etmək üçün Azərbaycana gəlib, Bakıdan 4 saatlıq məsafədə yerləşən Naftalan şəhərinə gedib. Orda görüb və eşidib ki, keçmiş Sovet məkanının hər yerindən bura müalicə almağa gələnlər var. "Ukraynadakı müharibəyə görə sanksiyalar səbəbindən Rusiyadan gələnlərin çoxaldığını" xüsusi vurğulayıb. Qazaxıstandan bir pasiyentlə danışıb. Xeyli başqa qonaqları da danışdırıb. Hər kəs bu neft vannalarının faydasından danışıb.

Sual oluna bilər ki, burda müxbirin qərəzi hardadır?

Bu cümləyə diqqət edin: "Azərbaycan müasir neft sənayesini quraraq, özü üçün imkanlar və sivilizasiyamız üçün təhlükə yaradıb".

Dünyanın ən böyük neft və qaz hasil edən ölkəsinin qəzeti yazır ki, Azərbaycan müasir neft sənayesini yaratmaqla bəşəriyyəti təhlükə altına qoyub. Bunu dünyanın ən aparıcı media orqanında yazırlar, təsəvvür edə bilirsinizmi?

Əvvəlki yazımda gətirdiyim müqayisəni təkrarlamaq məcburiyyətindəyəm.

Diqqət edin: Azərbaycanın illik qaz hasilatı 34 milyard kubmetrdir. Ancaq ABŞ-da ildə 1 trilyon 29 milyard kubmetr qaz hasil olunur. Azərbaycandan az qala 1 trilyon kubmetr çox. Yəni nə az, nə çox, düz 30 dəfə fərq var. Eləcə də, Kanada 188 milyard kubmetr, Norveç 124 milyard kubmetr və sair qaz hasil edirlər. Bundan başqa neft hasilatına baxsaq, Azərbaycan 23-cü, ABŞ birinci yerdədir.

Azərbaycanda çıxarılan neft dünyanın bütün neft hasilatının heç 1 faizinə çatmır. Qaz hasilatı da həmçinin: 0,7 faizdir. Bu halda "sivilizasiyamızı təhlükə altına qoyan" kim olur?!

"The New York Times" yazır ki, iqlim konfransı mədən yanacağının tullantılarını azaltmağın yollarını axtararkən, "Azərbaycanlılar öz nefti ilə fəxr edirlər" və deyirlər: "Sovet İttifaqının nasist Almaniyasına qalib gəlməsində neft böyük rol oynayıb".

Mövzuya bu qədər bəsit yanaşan, bu qədər primitiv düşünən bir jurnalist dünyanın aparıcı sayılan media orqanında işləyir. Heyrət etməmək olmur.

Əvvəla, Faşist Almaniyası üzərində qələbə ilə təkcə azərbaycanlılar yox, elə amerikalılar da fəxr edir. NYT qəzetinin slavyan əsilli amerikalı əməkdaşına xatırladıram ki, ABŞ İkinci Dünya Müharibəsində Sovet İttifaqının müttəfiqi idi və faşist Almaniyası üzərində qələbəni, təbii olaraq, həm də öz qələbəsi sayır. Müharibə dövründə hərbi texnikanın istifadə etdiyi benzinin 90 faizini Bakı, Azərbaycan verirdi. Azərbaycanlılar bununla fəxr etməyib, neyləməlidir ki?! Təəssüf hissi keçirməli və üzr istəməlidir?! İkincisi, mədən yanacağı tullantılarına gəlincə, Azərbaycanın payına bunun cəmi 0,1 faizi düşür. Amma bütün dünya üzrə atmosferə tullantı qazlarının 12,6 faizini ABŞ-dan, 7,6 faizi Hindistandan, 6,4 faizi Avropa İttifaqından, 1,52 faizi Kanadadan buraxılır.

Sivilizasiyanı təhdid edən bu halda kim olur?!

Jurnalist bu yazıda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə, Ermənistan üzərində qələbəyə özünəməxsus qərəzli şərh verir. O, yazır ki, Azərbaycan ordusu Naftalana "yaxınlıqda yerləşən Dağlıq Qarabağı döyüşlə ələ keçirib, təmas xəttini uzaqlaşdırdıqdan sonra" bura daha çox ondan gəlir.

Yenə də "Dağlıq Qarabağ" ifadəsi işlənir, bu, öz yerində. Azərbaycanın öz ərazisini azad etməsini jurnalist "ələ keçirməsi" kimi şərh edir. Bir dövlətin öz ərazisini ələ keçirməsi nə deməkdir?! Amerika kimi bir ölkədə ən böyük media holdinqlərdə çalışan jurnalistlər bu qədər aşkar yanlışa yol verə bilərmi? Azərbaycan haqqında məlumat azlığı ola bilər, bəlkə anlaşılandır. Ancaq bu yazını yazan NYT əməkdaşının Azərbaycanın BMT çərçivəsində tanınan, o cümlədən, ABŞ-ın tanıdığı əraziləri haqda dəqiq və dolğun məlumat alması heç də çətin deyil axı. Bir klikə baxar.

Hətta sanki ən "günahsız" mövzudan yazanda belə Azərbaycanı günahlandırmaq üçün bəhanə axtarmaq... Bu, deyəsən, Qərb mediasının heç bir müalicə protokolu ilə sağalmayan xəstəliyidir.

Bu cür məqalələri bu cür media orqanlarında oxuyuram, izləyirəm, baxıram, özlüyümdə təhlil edirəm. Düşünürəm: bunlar, doğrudan da, bu qədər böyükdür, yoxsa öz gözümüzdə çox böyütmüşük?!

Yox, NYT həqiqətən böyük media orqanıdır; nəhəng büdcəsi var, bir ordu jurnalisti var. Çox ağlagəlməz məbləğlərdə reklam və satış gəlirləri var. Ancaq...

Ancaq bu media nəhənglərinin içindəki adamlar daxilən kiçikdir; bizim kimi ölkələrə xırda hisslərlə, cılız maraqlarla yanaşırlar. Elə haqqında yazdığım bu reportajdakı kimi.

P.S. Neft vannasında çiməndən sonra adamın üstündə neftin ləkəsi qalar. Bu, təbiidir. Yuyarsan, gedər. Amma bir insanın vicdanı ləkəlidirsə, o, müalicə prosedurunda da "siyasi" nəticələr çıxaracaq.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri