Tibb Universitetində rüşvət alan 6 müəllim İŞDƏN QOVULDU RƏSMİ
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".
Oxu.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.
O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.
Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.
Rektor, həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyaclarını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.
Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.
Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyiblər, lazımi tədbirlər görülür.
Ətraflı süjetdə:
Tibb Universitetində rüşvət alan 6 müəllim İŞDƏN QOVULDU - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 04 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















