Tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirici tədbirlər keçirilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
XQ-yə bildirilib ki, bu sahədə növbəti görüşlər Şamaxı, Samux, Ağstafa, Göygöl rayon mərkəzi xəstəxanalarında, Tovuz rayonu Alakol həkim məntəqəsində, Lənkəran Rayonlararası Onkoloi Xəstəxanasında, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında keçirilib.
Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















