Icma.az
close
up
RU
Tibet evləri arı pətəyi janrında

Tibet evləri arı pətəyi janrında

Icma.az, Lent az saytına istinadən bildirir.

Dünyada əhalinin ən sıx yaşadığı bölgələrdən biri də Tibetdir. Tibet öz mistik aurası, qədim tarixi, ilkin tibbi biliklərin beşiyi kimi daim başqa dövlətlərin marağını və diqqətini çəkib. Ölkə 1950-ci ildə

Çin dövlətinin nəzarəti altına keçdikdən sonra buraya xarici səfərlər, turist səyahətləri məhdudlaşdırıldı. Bu qadağa 1984-cü ilədək davam etdi. Hazırda xarici turistlər Tibet ərazisinə Çin hökumətinin icazəsi ilə daxil ola bilirlər. 

Tibetin paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtı elan olunub. Sonralar Lxasa paytaxt statusunu itirib və yalnız 1642-ci ildə V Dalay Lamanın əmri ilə yenidən paytaxt adını qazanıb.

Tibet qədim türkcədə Göytürk əlifbası ilə "Tüpüt"  (?????) adlanırdı. Bu adın qədim türk dillərində işlənən “tüpü” (dağ başında yaranan duman, sis) sözündən götürüldüyü ehtimal olunur. “Tibet” sözü Mahmud Kaşğarlının "Divani-Lüğət-it-Türk" kitabında da Qaraxanlı türkcəsində, eynilə qədim türk dilindəki kimi "Tüpüt" olaraq qeyd olunub. 

Şəkillərdəki yaşayış yerləri Tibetin unikal coğrafi şəraitini əks etdirən ənənəvi Tibet evləridir. Tibet, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay dağlarının ətəyində yerləşir. Bu səbəbdən, Tibet evləri də bu sərt iqlimə və coğrafi şəraitə uyğun şəkildə inşa edilib.

Tibetdə evlərin inşasında əsasən daş, ağac və gildən istifadə olunur. Daşları dağlardan toplayırlar. Ağaclardan isə qapı, pəncərə və dam konstruksiyalarında istifadə olunur. Divarların və damların örtüyü isə gildən hazırlanır.

Tibetdə heyvanlar üçün tövlələri evlərə bitişik tikirlər.  

Əhalinin sıxlığı və torpağın azlığı yaşayış məskənlərinin biri-birinə çox yaxın salınmasına səbəb olub. Obrazlı desək, bu ölkədə təkcə insanlar deyil, həm də evlər biri-birinə qısılıb yaşayırlar. 

Evlərin divarlarını bir qayda olaraq, ağ rəngdə boyayırlar.  Bu, həm günəş şüalarını əks etdirərək evləri işıqlandırır,  həm də Tibetdəki dini inanclara işarə edir. Belə ki, tibetlilərin inancına görə ağ rəng, saflığın və təmizliyin simvolu hesab olunur. Evlərin qapı və pəncərələri isə adətən qırmızı və ya qəhvəyi rəngdə olur.

Tibet evlərinin pəncərələri adətən kiçik olur. Bu, həm evləri soyuqdan, həm də güclü küləklərdən qoruyur. 

Bu evlərin qapıları üzərinə müxtəlif növ naxışların vurulması da milli gələnəyə aiddir.

Tibetdə yaşayış şəraiti olduqca çətindir. Bu yüksəkliklərdə il boyu iqlim sərt, oksigenin miqdarı isə az olur. Bütün bunlara baxmayaraq, Tibet xalqı şəraitə uyğunlaşaraq özlərinə uyğun yaşayış tərzi yaradıb. Bu Tibet evləri də həmin yaşayış tərzinin bir əksidir. 

Tibetlilərin yaşayış evlərini dağ ətəyi ərazilərdə inşa etmələri həm biri-biri ilə isti münasibətdə olmalarını təmin edir, həm qədim milli mədəniyyət qorunub saxlanılır, həm də əkin sahələrini azalmaqdan xilas edir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Fevral 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri