Icma.az
close
up
RU
Tibet altında qitə parçalanır: Alimlər narahatdır

Tibet altında qitə parçalanır: Alimlər narahatdır

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Himalay dağları bir baxışda sarsılmaz təsir bağışlasa da, onların altında baş verən geoloji proseslər Yer haqqında elmi təsəvvürləri dəyişdirə bilər.

Qayanrinfo xəbər verir ki, "Ecoticias” nəşrinin yazdığına görə, Tibet altında baş verənlər elm adamlarını ciddi narahat edib. Onlar hesab edirlər ki, bu, sadəcə dağların tədricən yüksəlməsi deyil – qitənin, bəlkə də, sözün əsl mənasında gözümüzün önündə parçalanmasıdır. Himalaylar yavaş-yavaş yüksəlir, lakin bu hərəkəti təmin edən dərin mexanizm hələ də tam aydın deyil.

Qitələrin toqquşması və yeni "çat”

Himalay dağları təxminən 60 milyon il əvvəl, Hindistan adası Avrasiya ilə toqquşanda formalaşıb. Bu zərbə Yer qabığının əyilməsinə və dünyanın ən hündür dağ silsiləsinin yaranmasına səbəb olub. Günümüzdə də bu hərəkət dayanmayıb – dağlar hər il millimetr-millimetr yüksəlməyə davam edir.

Lakin geoloqları daha çox maraqlandıran sual budur: Hindistan plitəsi əslində hara doğru hərəkət edir? Onilliklər boyu iki əsas nəzəriyyə mövcud idi. Birinə görə, plitə Tibet dağlarının altına üfüqi şəkildə, sanki divanın altına sürüşdürülmüş xalça kimi girir. Digərinə görə, onun ən sıx hissəsi Yer mantiyasına doğru batır.

Yeni tədqiqatlar isə üçüncü, daha narahatedici ehtimalı ortaya qoyub: Hindistan plitəsi iki təbəqəyə ayrılır. Yuxarı, daha yüngül hissə Tibet dağlarının altına sürüşməyə davam edir, aşağı, daha ağır hissə isə dərinliklərə doğru ayrılaraq mantiyaya batır. Alimlər, həmçinin "plakanın qırıldığı” şaquli bir çatın mövcudluğunu da müəyyən ediblər.

Üç əsas sübut

1. Təbii isti bulaqlar. Tibetdə təxminən 200 bulaq araşdırılıb. Bəzilərində yalnız Yer mantiyasından çıxan helium-3 izotopu aşkarlanıb. Bu, plitənin müəyyən yerlərdə qırıldığını göstərir.

2. Seysmik dalğalar. Yüzlərlə stansiyadan toplanan məlumatlar yeraltı "blokların” mövcudluğunu göstərib ki, bu da plitənin alt təbəqəsinin parçalandığına işarə edir.

3. Geoloji tarix. Hindistan plitəsi Avrasiya ilə toqquşmazdan əvvəl qeyri-bərabər qalınlığa malik idi. Bu fərqlər toqquşma zamanı qeyri-bərabər qırılmalara səbəb olub və nəticədə Asiya qitəsi faktiki olaraq iki hissəyə ayrılmaqdadır.

Alimlərin narahatlığı

Bu prosesin indi, "canlı şəkildə” baş verdiyi fikri elmi fantastika kimi səslənsə də, nəticələri realdır. Lihay Universitetindən seysmoloq Enn Melsker qeyd edib:

"Yer üzündə demək olar ki, hər bir quru sahəsi Himalaylarda olduğu kimi toqquşmalar nəticəsində yaranıb. Bu prosesləri anlamaq təkcə keçmişi deyil, gələcəkdə baş verə biləcək zəlzələlərin mexanizmini də izah etməyə kömək edir”.

Alimlər hələlik bu dərin yeraltı çatın birbaşa zəlzələlərə səbəb olduğunu sübut etməsələr də, müşahidələr göstərir ki, Yer qabığındakı bu "daxili silkələnmələr” artıq səthdə də özünü göstərir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri