Tibetdəki zəlzələ tələfat və dağıntıya yol açıb
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində azı doqquz nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub. Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Bu mövzuda digər xəbərlər:Tibetdəki 6,8 bal gücündə zəlzələ Hindistanı da SİLKƏLƏDİ
07 Yanvar 2025 20:43
Pekin Tibetdəki oyununa peşman olacaq...
05 Sentyabr 2025 20:55
Dünyanın diqqəti Nepal və Tibetdəki fəlakətə yönəlib
27 Avqust 2026 10:40
BBC: Tibetdəki fəlakətin görüntüləri Çində yayımlanmır
29 Avqust 2026 15:13
Tibetdəki zəlzələdən sonra 600dən çox “after şok” olub
09 Yanvar 2025 00:46
Baxış sayı:189
Bu xəbər 07 Yanvar 2025 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















