Icma.az
close
up
RU
Ticarət müharibələri qızışması dünya iqtisadiyyatına təsir göstərəcək RƏYLƏR

Ticarət müharibələri qızışması dünya iqtisadiyyatına təsir göstərəcək RƏYLƏR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb ölkələri arasında ticarət tariflərinin qarşılıqlı tətbiqi genişmiqyaslı ticarət müharibəsinə səbəb ola bilər.

Bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.

“Ticarət müharibəsi Qərbi zəiflədəcək və bizə qarşı duran qlobal çağırışlar qarşısında kollektiv gücümüzü azaldacaq. Avropa İttifaqı öz arqumentlərini müdafiə etmək və ədalətli, məntiqli razılaşmaya nail olmaq üçün kifayət qədər iqtisadi və maliyyə potensialına malikdir”, – deyə Meloni vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında Avropa Komissiyası rəhbərinə ünvanladığı məktubu dərc edib. Həmin məktubda bildirilir ki, 1 avqustdan etibarən ABŞ Avropa İttifaqından idxal olunan mallara qarşı 30%-lik gömrük rüsumu tətbiq edəcək. Məktubda, həmçinin qeyd olunub ki, bu yeni tariflər "hazırda Aİ malları üçün tətbiq edilən 10%-lik sektoral rüsumlardan ayrıca" həyata keçiriləcək.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, bu, Azərbaycan kimi  idxal asılılığı yüksək olan neft ixracatçısı kiçik iqtisadiyyatlar üçün əsasən yaxşı perspektiv vəd etmir:


“Liberal, azad qlobal iqtisadi və ticari düzən kiçik iqtisadiyyatlar üçün daha çox inkişaf perspektivi yaradır. Taarif və ticarət müharibələri isə belə bir düzəni baltalayır. Hələ heç nə dəqiq deyil. Trump yenə geriyə doğru fərqli addımlar ata bilər”.


ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli isə söyləyib ki, ticarət müharibələri uzun zamandır ki, bir silah kimi istifadə olunur:


“Yəni müxtəlif ölkələrə qarşı sanksiyalar bu ticarət müharibələrinin tərkib hissəsidir. Sadəcə son zamanlar ABŞ-dəki yeni Tramp administrasiyası, Amerikanın ticarət dövriyyəsində kifayət qədər böyük həcmli sayda olduğuna görə, yəni Amerika satdığından daha çox xaricdən aldığına görə bu balansı düzəltməyə çalışır. Buna görə də tariflərin artırılması ilə bağlı qərar verib. İndi son qərarlardan biri Avropa Birliyinə də 30 faizlik tariflərin artırılmasıdır. Amma Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası onu da qeyd edib ki, avqustun 1-nə qədər əgər Avropa Birliyindən müəyyən qeyri addımlar atılsa, Amerika məhsullarına tətbiq olunan tariflər azaldılsa bu qərara yenidən baxıla bilər. Ona görə də avqustun sonuna qədər, çox güman ki, danışıqlar gedəcək. İtaliyanın baş naziri xanım Melonin Trampla çox normal və yaxşı münasibətlərinin olduğunu düşünürəm. Ona görə də çıxışında vurğu ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları ilə ticarət müharibəsindən yayınmaq, müəyyən uzlaşmaya getmək lazımdır. Əgər ticarət müharibələri qızışsa, təbii ki, bu, dünya iqtisadiyyatına təsir göstərəcək. İstehsalın logistikanın, daşımaların azalması, qiymətlərin yüksəlməsi ilə yadda qala bilər ki, bu da dünya iqtisadiyyatında bir çox ölkələrə ciddi təsir göstərə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri