Icma.az
close
up
RU
Ticarət sülhü əvəz edə bilməz

Ticarət sülhü əvəz edə bilməz

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistan və Azərbaycanın bazar münasibətləri intensivləşsə də...

Dünyanın inkişaf tarixindən bəllidir ki, ölkələr arasında ticari-iqtisadi münasibətlər hər zaman üstqurumun müəyyənləşdirdiyi bazis rolunu oynayıb. Yəni üstqurum ölkələrarası ictimai-siyasi əlaqələrin lokomotividir. Bu aksiom XXI əsrdə də öz qüvvəsində qalmaqdadır. Bu, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmadan sonra keyfiyyətcə yeni inkişaf mərhələsinə keçmiş Ermənistanla Azərbaycan arasında sülh prosesində də öz əksini tapıb. Qonşu ölkənin baş naziri Nikol Paşinyanın bu günlərdə brifinqdə verdiyi açıqlamalardan əldə olunan qənaət də son nəticədə bu aksiomun sübutudur.

Hayların baş naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə siyasi gündəmdən daha çox iqtisadi gündəm üstünlük təşkil edir: “Görünür, iqtisadi münasibətlər siyasi gündəmdən üstündür. Bu yaxşıdır, çünki bütün siyasi proqramlar iqtisadi layihələrə xidmət edir. Avqustun 8-də baş verən hadisələr isə iqtisadi əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaratdı və mən şadam ki, Ermənistanla Azərbaycan arasında ticarət əlaqələri qurulur və inkişaf edir”. Fikrini bir qədər də konkretləşdirən Paşinyan ən qısa zamanda nəinki Azərbaycandan, həm də Ermənistandan Azərbaycana mal ixrac edəcəklərinə ümidvar olduğunu da söyləməyi unutmayıb. Fəqət onun mediaya açıqlamasında bilərəkdən, ya bilməyərəkdən “unutduğu” vacib bir məqama toxunmaq istərdik.

***

Ermənistan liderinin aşkar sezilən nikbinliyinin arxasında Bakının yaratdığı yeni imkanlar və konkret əməllər dayanır. Bu kontekstdə diqqətəlayiq fakt ondan ibarətdir ki, 2025-ci ilin oktyabrında Azərbaycan öz ərazisindən Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdı. Bakının bu humanistliyi ilə Qazaxıstan və Rusiya taxılının qonşu respublikaya tədarükü həyata keçirildi. Az sonra isə Azərbaycan benzini və dizeli ilə dolu sisternlər Gürcüstan üzərindən Ermənistana yola salındı.

O ki qaldı Paşinyanın Ermənistan məhsullarının Azərbaycana ixracı ilə bağlı bəyanatına, bu niyyət siyasi isteblişmentin leksikonuna möhkəm yerləşib, bunu ölkənin digər rəsmilərinin mesajları da göstərir. Məsələn, bu ilin yanvarında iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycana idxal oluna biləcək malların siyahısını açıqlamış və bildirmişdi ki, İrəvan və Bakı alüminium folqa, alüminium folqa istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları ilə bağlı danışıqlar aparır. Nazir onu da demişdi ki, Azərbaycanın bəzi şirkətləri müəyyən malların idxalında maraqlı olduqlarını bildiriblər: “Azərbaycan tərəfi onların maraqlandığı konkret malların siyahısını təqdim edib və biz ixrac edə biləcəyimiz miqdarla bağlı məlumat göndərmişik. Siyahımıza qızılgül və istixana məhsulları da daxildir: pomidor və bibər. Biz təxmini qiymət təklif etmişik”. Pomidor və bibərin Ermənistandan idxalına niyə ehtiyacın yarandığı başqa yazının mövzusu olduğu üçün üstündən keçirik. Sadəcə, gözlənilən məhsul bolluğundan sevincək hala düşmüş Papoyanın qarşılıqlı ticarətin yüz milyonlarla dollarlıq potensiala malik olması fikri nikbin proqnozdur. Əlbəttə, Ermənistanla Azərbaycan arasında ticarətin artması təbiidir. Rəsmi İrəvanı sevindirən isə məhsul bolluğundan daha çox Ermənistanın Cənubi Qafqaz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhliz kimi böyük nəqliyyat, logistika, enerji və infrastruktur layihələrində iştirakına yolunun açılmasıdır. Niyə də sevinməsin? Kiçik bir ölkə üçün böyük işlərə qoşulmaq, təcriddən çıxmaq və uzun müddət durğunluq yaşayan iqtisadiyyatı inkişaf etdirmək az qazanc deyil.

***

İntəhası, yuxarıda qeyd etdiyimiz kimi, ticari-iqtisadi əlaqələr real siyasi fəaliyyətlə uyğunlaşdırılmalıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Paşinyanın Ermənistanla Azərbaycan arasında müharibə olmayacağını və Bakı ilə sülh sazişinin imzalanmasının Ermənistan hakimiyyəti üçün prioritet olduğunu söyləməsinə baxmayaraq, çox vacib məsələ hələ də həll olunmamış qalır. Bu, Ermənistan konstitusiyasına Azərbaycan dövlətinə qarşı ərazi iddialarını istisna edəcək dəyişikliklərdir. Paşinyanın brifinqdəki bəyanatları kontekstində diqqətçəkən ikinci məqam İrəvanın Avropaya inteqrasiya planlarına aiddir. Buna uyğun olaraq Paşinyan vaxtaşırı mətbuatda müzakirə olunan Ermənistan ərazisində Rusiya hərbi bazasının mövcudluğu məsələsinə müəyyən aydınlıq gətirib: “Rusiya hərbi bazasının Ermənistanda olması hələlik Ermənistanın Avropa İttifaqına daxil olmaq planlarına maneə törətmir. Bəli, Ermənistan Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Amma biz hələ Rusiya hərbi bazasının bizim baxışımızı kölgədə qoyacağı nöqtədə deyilik”.

Bu sözləri ilə isə Nikol Paşinyan daha dəqiq mövqe sərgiləyib: “Rusiya hərbi bazasının bizim baxış xəttimizi kəsdiyini görəndə, problemlərdən qaçmaq üçün necə hərəkət edəcəyimizi düşünəcəyik”.

Yada salaq ki, bu il yanvarın əvvəlində Nikol Paşinyan ABŞ və Aİ səfirlərinin iştirakı ilə keçirilən “Ermənistan və dünya risklərin və imkanların kəsişməsində” konfransındakı çıxışında bildirmişdi ki, “Avropa İttifaqının standartlarına çatan kimi qarşımızda iki seçim olacaq: ya biz Aİ-yə qəbul olunacağıq, ya da qəbul edilməyəcəyik”. Amma hər iki halda biz qazanacağıq. Əgər bizi qəbul etməsələr, biz yenə də Avropa standartlarına cavab verəcəyik, inkişaf etmiş və müasir dövlətimiz olacaq”.

Baş nazirin ardınca xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində keçirilən müzakirə zamanı bu xətti davam etdirib. O, Ermənistan və Aİ arasında əlaqələrin dərinləşdirilməsi perspektivlərindən, eləcə də ölkənin iddialı demokratik islahatlar proqramından danışaraq, aşağıdakıları vurğulayıb: “Seçim suveren demokratiya ilə tabeçiliyə aparan avtoritar yol arasındadır. Biz artıq seçimimizi etmişik”.

İndi hər şey gün kimi aydın oldu. Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gələ bilərik ki, Ermənistanın xarici siyasəti müxalifətin və Qarabağ klanının müqavimətinə baxmayaraq, Avropaya inteqrasiya və Azərbaycanla sülhə yönəlib. İrəvanın gələcək kursu iyuna təyin edilmiş parlament seçkilərinin nəticəsindən və bir də ölkənin ana qanununa ediləcək zəruri düzəlişdən asılı olacaq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Nikol Paşinyan özünün qeyri-adi və ziddiyyətli bəyanatları, açıqlamaları ilə seçilən siyasətçi kimi tanınır. O, Ermənistanın sosial-iqtisadi çətinliklərdən çıxdığına görə, təbii ki, Bakıya minnətdar olmalıdır. Hesab edirəm ki, Paşinyan bunu tez-tez etməlidir ki, hamı onu eşitsin. Axı, uzun illər ərzində məhz Ermənistanın işğalçılıq siyasəti ucbatından, faktiki olaraq, dünyadan təcrid olunmuş vəziyyətdə idilər. Əgər Ermənistan baş naziri bunu başa düşürsə, deməli, böyük irəliləyiş var. Bunun özü iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən amillərdən biri sayıla bilər.

Amma aydın məsələdir ki, ölkələrarası münasibətlərdə siyasət hər zaman üstün sayılıb. Düşünürəm ki, bu üstünlüyü Paşinyan özü sonadək dərk etməlidir. O, vaxtilə konstitusiyalarının preambula hissəsindəki müddəanı da dəyişməyə lüzum görmürdü. Bakının praqmatik və qətiyyətli siyasəti nəticəsində bu gün o, Azərbaycana torpaq iddasını ehtiva edən həmin müddəanın çıxarılması üçün çalışır. Çünki artıq anlayır ki, bunu etməsə, yenə dalana dirənəcək və ölkəsi də təcriddə qalacaq. Əminliklə söyləməliyik ki, sülh dialoqu prosesində bu məsələyə xüsusi üstünlük verilməlidir. Ermənistanda yeni konstitusiya qəbul olunmalı, yaxud dediyimiz hissədə köklü dəyişiklik edilməlidir. Bəli, preambuladan məlum torpaq iddiası tamamilə, birmənalı şəkildə aradan qaldırılmalıdır. Əgər bu baş verməsə, İrəvan nə ərazimizdən yük daşıya biləcək, nə də Bakı sülhə nail olmağı bacaracaq. Paşinyan bu məqamı unutmamalı və yaxın keşmişin dərslərindən nəticə çıxarmalıdır.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri