Tiflis meri paytaxt sakinləri ilə yaxından ünsiyyət qurmaq fikrindədir
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Kaxa Kaladze ictimaiyyətlə ünsiyyət qurmaq üçün həftədə iki saat ayırıb
Tiflis meri Kaxa Kaladze "xalqla daha yaxından ünsiyyət qurmaq" niyyətini açıqlayıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Kaladze ünsiyyət üçün həftədə iki saat ayırıb.
Kaladze 12 noyabrdan başlayaraq hər çərşənbə günü saat 16:00-dan 18:00-dək Tiflis sakinləri ilə görüşlər keçirəcəyinə söz verib.
"Bu, mənə xalqla şəxsən ünsiyyət qurmaq imkanı verəcək və heç bir vətəndaşın fikrini dinlənilmədən qalmayacaq", Kaladze video müraciətində bildirib.
İnsanların görüşə necə yazıla biləcəyi və ya merin köməkçilərinin danışmaq üçün insanları necə seçəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Kaladze 4 oktyabrda keçirilən yerli seçkilərdə yenidən Tiflis meri seçilib. Bu, onun üçüncü müddətə mer postunda olmasıdır. Müxalifətin bir hissəsi seçkiləri tanımır və boykot edib.
Baxış sayı:91
Bu xəbər 04 Noyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















