Icma.az
close
up
RU
Tikinti materiallarında ölçü uyğunsuzluğu: Alıcılar aldadılır, təhlükə göz qabağındadır

Tikinti materiallarında ölçü uyğunsuzluğu: Alıcılar aldadılır, təhlükə göz qabağındadır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər tikinti materialları bazarında ölçü və keyfiyyət problemlərinin nə qədər geniş olduğunu bir daha göstərdi.

Videolarda “3-lük” adı ilə satılan taxtaların əslində daha nazik olduğu görünür. Sadəcə taxta yox şifer və digər materiallarda da bu uyğunsuzluğa rast gəlmək mümkündür.

Bazarda bir çox satıcılar mövzunu şərh etməkdən imtina etsə də, lakin bəzi satıcılar etiraf edir ki, ölçü səhvləri alıcıları maddi itkilərə məruz qoyur, xüsusilə kubla hesablanan materiallarda.

Ekspert Elnur Fərzəliyev bildirir ki, standartlara uyğun olmayan və keyfiyyətsiz materiallar yalnız pul itkisi yaratmır, həm də mənzillərdə təhlükə yaradır. “Alıcılar tez-tez aldadılır. Bu, yalnız bir səhv ölçü deyil, gələcəkdə evin təhlükəsizliyinə bir riskdir,” – deyə Fərzəliyev vurğulayır.

Avropa və ABŞ-da tikinti materiallarının keyfiyyəti ciddi şəkildə sertifikatlaşdırılır və standartlara uyğun yoxlanılır. Orada alıcılar məhsulu bazada yoxlayır, etibarlı satıcıdan alır və hər bir materialın ölçü və keyfiyyəti sənədlərlə təsdiqlənir. Əgər ölçü uyğunsuzluğu aşkar olunarsa, qanun alıcının tərəfindədir və satıcı ödənişləri geri qaytarmaqla məsuliyyət daşıyır.

Bizdə isə hələ də bazarda ölçü və keyfiyyət manipulyasiyaları adi haldır. İnsanlar əlavə pul ödəyir, bəzən evlərinin təhlükəsizliyini risq altına qoyur, amma buna qarşı heç bir effektiv mexanizm yoxdur.

Tikinti materiallarında uyğunsuzluq həm maddi, həm də fiziki təhlükə deməkdir. Bunun üçün də alıcılar materialı fiziki olaraq ölçmməli, sertifikat və sənədləri tələb etməli, şübhəli hallarda rəsmi qurumlara müraciət etməlidir.

Unutmayın ki, ölçü səhvi sadəcə taxtada deyil, gələcəyinizdə də böyük problem yarada bilər. Xarici ölkələrdə olduğu kimi, standartlar və nəzarət olmadıqca alıcılar hər zaman aldadılmağa açıq qalacaq.

Leyla Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri