Icma.az
close
up
RU
Tikinti şirkəti vətəndaşın evinə girişi bağlayıb Cavid İsmayılov yalnız vertolyotla gedə bilər FOTOLAR

Tikinti şirkəti vətəndaşın evinə girişi bağlayıb Cavid İsmayılov yalnız vertolyotla gedə bilər FOTOLAR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı İnzibati Məhkəməsində Azərbaycan vətəndaşı Cavid İsmayılovun timsalında minlərlə şəhər sakininin hüquqlarının necə tapdalanmasının, tikinti sektorunda özbaşınalığın nə dərəcədə təhlükəli həddə çatmasını ortaya qoyan proses keçirilib.

Məhkəmə araşdırmalarında məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti "RR Construction" MMC-yə Yasamal rayonu ərazisindəki 4,32 hektar torpaq sahəsini icarəyə verib. Ayrılan torpaq sahəsi Cavid İsmayılovun mülkiyyətində olan mənzilin yerləşdiyi ərazini də əhatə edib. Nəticədə mənzil əhatəyə alınıb, həyət hasarlanıb, girişə mühafizəçi qoyulub. Vətəndaş evinə yalnız icazə ilə girə bilir. Cavid İsmayılovun evinə giriş demək olar ki, bloklanıb. Yaxşı ki, Bakı səmasında vertolyot uçuşlarına hələ rəsmi qadağa qoyulmayıb. Cavid İsmayılovun əlacı  vertolyot icarəyə götürüb öz evinə damdan enməkdir. Çünki quru yolla evə girmək bir dərd, oradan çıxmaq iki dərddir. 

Azərbaycan Konstitusiyası mülkiyyət hüququnu "toxunulmaz" elan edir. Amma Cavid İsmayılov faktiki olaraq öz torpağından istifadə hüququndan məhrum edilib. Mülkiyyətçi həyətinə icazəsiz girə bilmir! Bu nə deməkdir?

Cavid İsmayılov özü məhkəmə iclasında deyib ki, həyətinə keçmək üçün mühafizəçinin razılığı tələb olunur. "Mən öz evimə necə icazə alıb girə bilərəm. Bu hansı məntiqdir?!" – deyə o, şikayətlənib.

O, təəssüflə bildirib ki, məhəlləsində tikinti başlayandan sonra gündəlik həyatı zülm-zillətə dönüb. Tikinti səsləri, toz, nəqliyyat sıxlığı bir yana, adam evindən çıxıb həyətə düşmək üçün belə mühafizəçi ilə razılaşmalıdır. "Bəlkə vertolyot icarəyə götürüm, evimə göydən enim?" – deyə o ironiya edib.

Məhkəmə qərarına əsasən, sərəncam Cavid İsmayılovla bağlı hissədə ləğv olunub. Amma Bakı Şəhər İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti verə bilər. Yəni Cavid İsmayılovun vertolyotla evinə gedib-gəlmə perspektivi hələ də qalmaqdadır.

Məhkəmədə İcra Hakimiyyətinin mövqeyi isə qəribə də olsa belə səslənib ki, "biz hələ tikintiyə icazə verməmişik. Sadəcə torpaq icarəyə verilib". Maraqlıdır, bəs icarəyə verilmiş ərazi niyə hasarlanıb? Orada tikinti texnikası niyə peyda olub? Niyə Cavid İsmayılovun həyətinə girmək üçün mühafizəçinin razılığı tələb olunur?

Məhkəmə haqlı olaraq İcra Hakimiyyətinin “məntiqi”ni qəbul etməyib. Belə nəticəyə gəlib ki, İcra Hakimiyyətinin sərəncamı Cavid İsmayılovun konstitusion mülkiyyət hüquqlarını pozub. Odur ki, bu sərəncam onunla bağlı hissədə ləğv olunmalıdır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məmur özbaşınalığı, icra strukturlarının “torpaq kimindir” sualına məhəl qoymadan qərar çıxarması dəfələrlə vətəndaşları çıxılmaz vəziyyətə salıb: “Amma belə qərarlar nadir hallarda məhkəmədə ləğv edilir. Cavid İsmayılovun işi bu baxımdan presedent sayıla bilər. Mülkiyyətçi razılığı olmadan onun torpağına və mənzilinə müdaxilə hüquqi cəhətdən sıfır dəyərindədir. İstənilən tikinti şirkəti belə layihələrdə əvvəlcə mülkiyyətçi ilə razılaşmalı, sonra dövlət orqanlarına üz tutmalıdır”.

Natiq Ələsgərov deyib ki, Bakıda yüzlərlə bina sahibi bu aqibəti yaşayıb: “Evinin qabağı hasarlanıb, pəncərəsinin qarşısına divar çəkilib, həyətinə texnika yığılıb... Məhkəmə bu işdə cəmiyyətə siqnal verdi ki, belə hallarda susmaq lazım deyil. Öz hüququnu müdafiə edənlər qalib gəlir".

Bu iş göstərdi ki, əgər vətəndaş susmur, məhkəməyə gedir, hüququnu tələb edirsə, dövlət məmuru da, tikinti maqnatı da geri çəkilməyə məcbur qalır. İcra Hakimiyyətinin qərarı ləğv olunur!

Bəlkə bu qərardan sonra Bakı sakinləri öz həyətləri uğrunda daha inadla mübarizə aparacaq? Kim bilir, bəlkə Cavid İsmayılov kimi daha neçə adam “vertolyot variantı”ndan canını qurtaracaq? (Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see484

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see212

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see146

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see133

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see123

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri