Icma.az
close
up
RU
Tikinti şirkətləri fəhlələrin həyatı üçün bu məsuliyyətləri daşıyır Vəkil

Tikinti şirkətləri fəhlələrin həyatı üçün bu məsuliyyətləri daşıyır Vəkil

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ara-sıra sosial şəbəkələrdə hansısa tikinti şirkətində çalışan fəhlələrin çoxmərtəbəli binalardan yıxılması, cərəyan vurması, üzərlərinə ağır materialların düşməsi barəsində xəbərlər yayılır. Müşahidələr göstərir ki, təmir-tikinti sahəsində çalışan bir çox fəhlələr iş zamanı qoruyucu tədbirlər haqqında məlumatsızdırlar. Şirkət sahibləri də onların təhlükəsizliyi üçün əlavə addımlar atmır.

Vəkil Hikmət Əliyev Modern.az-a bildirib ki, tikinti sektoru əmək fəaliyyəti baxımından ən yüksək risk daşıyan sahələrdən biri hesab olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində işəgötürənlərə qarşı ciddi tələblər irəli sürülür.

Vəkilin sözlərinə görə hər bir fəhlə ilə əmək müqaviləsi bağlanmalı, təhlükəsizlik təlimatları keçirilməli və fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. İşəgötürən əmək şəraitinin təhlükəsizliyinə tam cavabdehdir.

“Əgər əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa ağır və ya az ağır zərər dəyibsə, bu artıq Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Əgər hadisə nəticəsində ölüm baş veribsə, məsul şəxsin 162.2-ci maddəyə uyğun olaraq beş ilədək, iki və daha çox şəxsin ölümü halında isə 162.3-cü maddəyə əsasən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur”, -deyə o qeyd edib.

Eyni zamanda bu hallarla bağlı qanunvericilik həm də mülki məsuliyyəti nəzərdə tutur. Mərhumun ailə üzvləri maddi və mənəvi ziyana görə işəgötürənə qarşı məhkəmə qaydasında iddia qaldıra bilərlər.
Zərif Sofiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see356

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see169

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see143

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see129

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see125

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see124

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see121

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see121

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see120

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see119

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see119

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see118

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see118

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see118

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see116

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see116

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see112

"ChatGPT" yenə çökdü, şikayətlər artır

20 Avqust 2025 20:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri