Icma.az
close
up
RU
TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır


• Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, baharın gəlişini simvolizə edən Novruz bayramını Azərbaycan istifadəçiləri ilə birlikdə qeyd edir.
• TikTok genişmiqyaslı onlayn bayram festivalına çevrilir: xüsusi #Novruz2025 həştəqi ilə Azərbaycanın müxtəlif guşələrindən olan istifadəçilər bayramı necə qeyd etdiklərini nümayiş edə, bayram süfrəsi üçün reseptlərini bölüşə və ya maraqlı ənənələrdən danışa bilərlər.
• Onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün tükənməz ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Məsələn, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib.
Novruz bayramı TikTok-da platforma istifadəçilərini bir araya gətirəcək və milli ənənələrin gözəlliyini daha parlaq şəkildə nümayiş etdirəcək. Onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək: TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu seçə bilərlər – mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər.
Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı – kurort şəhəri Sea Breeze Resort tərəfindən mükafatlandırılacaq:
• 1-ci yer – DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet,
• 2-ci yer – Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer,
• 3-cü yer – Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Novruz bayramına həsr olunmuş onlayn festivalın qalibləri 16 aprel tarixində elan ediləcək.
"Novruz Bayramı adətlərinin bir vacib amili odur ki, xoş münasibət, doğmalıq, həmrəylik hissləri yada salınır, yenidən canlandırılır. Küsülülərin bayramda barışması, yaşlı qohumlara baş çəkilməsi, tanıdıqların və hətta tanımadıqlarınla sövqat bölüşülməsi – bunlar hamısı insanlar arasındaki əlaqələrin daha möhkəm və sadaqətli olmasına xidmət edir. Online platformalar vasitəsilə həmin bayram hisslərini qat-qat daha da geniş dairəyə ötürmək, məsafədən asılı olmayaraq dünyanın hər bir yeri ilə öz sadə və səmimi sevincini bölüşmək möcüzəsi mümkün olur. TikTok-da Novruz – qədim mərasimlərə qoşulan daha bir şən adət olacaq bəlkə də?" – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov şərh verib.
"Novruzun qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir. Bu il istifadəçilərə genişmiqyaslı virtual festivala qoşulmaq və harada olmalarından asılı olmayaraq bayramın bir hissəsi olduqlarını hiss etmək imkanı yarada bildiyimiz üçün sevinirik. Bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçirilir və əminik ki, milli mədəniyyətin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq", – deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar rəhbəri Səif Mücahid bildirib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 25 Mart 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri