Icma.az
close
up
RU
TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, baharın gəlişini simvolizə edən Novruz bayramını Azərbaycan istifadəçiləri ilə birlikdə qeyd edir.

TikTok genişmiqyaslı onlayn bayram festivalına çevrilir: xüsusi #Novruz2025 həştəqi ilə Azərbaycanın müxtəlif guşələrindən olan istifadəçilər bayramı necə qeyd etdiklərini nümayiş edə, bayram süfrəsi üçün reseptlərini bölüşə və ya maraqlı ənənələrdən danışa bilərlər.

Onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Məsələn, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib.

Novruz bayramı TikTok-da platforma istifadəçilərini bir araya gətirəcək və milli ənənələrin gözəlliyini daha parlaq şəkildə nümayiş etdirəcək. Onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək: TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu seçə bilərlər – mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər.

Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı – kurort şəhəri Sea Breeze Resort tərəfindən mükafatlandırılacaq:

1-ci yer – DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet, 2-ci yer – Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer, 3-cü yer – Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Novruz bayramına həsr olunmuş onlayn festivalın qalibləri 16 aprel tarixində elan ediləcək.

"Novruz Bayramı adətlərinin bir vacib amili odur ki, xoş münasibət, doğmalıq, həmrəylik hissləri yada salınır, yenidən canlandırılır. Küsülülərin bayramda barışması, yaşlı qohumlara baş çəkilməsi, tanıdıqların və hətta tanımadıqlarınla sövqat bölüşülməsi – bunlar hamısı insanlar arasındaki əlaqələrin daha möhkəm və sadaqətli olmasına xidmət edir. Online platformalar vasitəsilə həmin bayram hisslərini qat-qat daha da geniş dairəyə ötürmək, məsafədən asılı olmayaraq dünyanın hər bir yeri ilə öz sadə və səmimi sevincini bölüşmək möcüzəsi mümkün olur. TikTok-da Novruz – qədim mərasimlərə qoşulan daha bir şən adət olacaq bəlkə də?" – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov şərh verib.

"Novruzun qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir. Bu il istifadəçilərə genişmiqyaslı virtual festivala qoşulmaq və harada olmalarından asılı olmayaraq bayramın bir hissəsi olduqlarını hiss etmək imkanı yarada bildiyimiz üçün sevinirik. Bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçirilir və əminik ki, milli mədəniyyətin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq", – deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar rəhbəri Səif Mücahid bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri