Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

TikTok da parlayan Azərbaycan xanımları Adlar

TikTok da parlayan Azərbaycan xanımları Adlar

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dünya dəyişir, qadınların cəmiyyətdəki rolu isə getdikcə daha da möhkəmlənir. Rəqəmsal platformalar da öz növbəsində qadınlara daha geniş bir auditoriyaya xitab etmək, öz hekayələrini danışmaq və digər qadınlara ilham vermək üçün unikal imkanlar yaradır. Xüsusilə TikTok kimi platforma, qadınların öz bacarıqlarını nümayiş etdirməsi, cəmiyyətə faydalı məzmun təqdim etməsi və bir-birinə dəstək olması üçün güclü bir vasitəyə çevrilib.

Bakupost.az xəbər verir ki, hər gün fərqli köklərə, nəsillərə və peşələrə malik milyonlarla qadın öz hekayələrini, biliklərini bu platformada paylaşır. Onlar cəmiyyətə yenilikləri kəşf etməyə, ətraf dünyanın gözəlliyini və müxtəlifliyini görməyə, elm, mədəniyyət, ədəbiyyat, biznes və daha çox sahələr haqqında məlumat əldə etməyə kömək edirlər. Məsələn, #WomenOfTikTok həştəqi artıq 2,6 milyon paylaşım toplayıb, #womanpower həştəqi isə 1,1 milyon paylaşımı keçib.

8 Mart – qadınların gücünü, mübarizəsini və nailiyyətlərini qeyd etdiyimiz bir gündür. Bu gün təkcə qadınların hüquqlarının tanınması deyil, eyni zamanda onların uğurlarının, sosial təsirinin və motivasiya gücünün vurğulanması üçün də əhəmiyyətlidir.

Müasir dünyada qadınlar artıq təkcə uğur qazanmaqla kifayətlənmir, həm də başqalarına yol göstərir, öyrəndiklərini paylaşır və gələcək nəsillərə nümunə olurlar. Onlar biznesdə, incəsənətdə, elmdə, təhsildə və digər sahələrdə uğur qazanaraq sübut edirlər ki, heç bir maneə qadınların qarşısında dayana bilməz.

TikTok-un Azərbaycan seqmentində öz bacarıqları, bilikləri və hekayələri ilə ilham mənbəyinə çevrilən güclü və uğurlu qadınlarla tanış olaq.

@rena_novruzlu

Peşəkar memar, uğurlu iş xanımı və “Renee Architecture & Design” şirkətinin yaradıcısı Rəna Novruzlu yalnız bir memar deyil, o, həm də izləyiciləri üçün bilik mənbəyidir. Onun TikTok-dakı fəaliyyəti, izləyicilərinə memarlıq sənətinin incəliklərini, tariximizlə bağlı maraqlı faktları və dizayn dünyasının yeniliklərini təqdim etməklə seçilir.

O, gördüyü layihələri izləyiciləri ilə bölüşməklə yanaşı, həm də onlara memarlığın gündəlik həyatımızda necə mühüm rol oynadığını göstərir. Bununla yanaşı, tarixi abidələr, milli memarlıq nümunələri və onların qorunması ilə bağlı məlumatları da paylaşaraq maarifləndirmə işinə öz töhfəsini verir.

O, bildirir ki, istənilən qadın, istədiyi sahədə özünü inkişaf etdirə, uğur qazana və cəmiyyətə töhfə verə bilər. Onun paylaşımları yalnız memarlıq və dizayn sahəsi ilə məhdudlaşmır, həm də uğur yolunda öz üzərində işləməyin, peşəkar inkişafın və əzmkar olmağın vacibliyini vurğulayır.

@ayshangurban0va

Bu hesabla tanış olsanız, yaradıcını siz də sevimli “teacher” və əsl motivasiya mənbəyi adlandırarsınız. Onun TikTok-da yaratdığı məzmun təkcə dərs izahları ilə məhdudlaşmır, o, izləyicilərinə ingilis dilini daha maraqlı, interaktiv və əyləncəli şəkildə öyrədir.

Ənənəvi dil öyrənmə üsullarından fərqli olaraq, Ayşən dərslərini yumoristik və yaddaqalan tərzdə təqdim edir. Hesab yalnız dərslər üçün deyil, həm də müəllimlik peşəsinə maraq göstərən xanımlar üçün böyük ilham mənbəyidir. O, göstərir ki, müəllim olmaq yalnız sinif otağında dərs keçməkdən ibarət deyil, rəqəmsal platformadan düzgün istifadə etməklə müəllimlik fəaliyyətini daha geniş auditoriyaya çatdırmaq mümkündür.

Məzmunlarını incələyən xanımlar da buradan təkcə dil öyrənməklə kifayətlənmir, eyni zamanda bir iş qadını olaraq öz peşələrində uğur qazanmaq üçün motivasiya əldə edirlər. O, qadınların yalnız ənənəvi çərçivədə qalmamalı olduğunu, rəqəmsal platformalardan istifadə edərək öz karyeralarını inkişaf etdirə biləcəyini göstərir.

@rusdilimarafon

Rus dili, dünyada ən çox öyrənilən və istifadə olunan dillərdən biridir. Lakin onun mürəkkəb quruluşu və qaydaları bu dili öyrənməyi bir çox insan üçün çətinləşdirir. Lakin Sevinc müəllimə bu çətinliyi aradan qaldırmaq məqsədi ilə müasir və yaradıcı metodlardan istifadə edir. O, rus dilini daha sadə və əyləncəli şəkildə öyrətməyi bacarır, bu da izləyicilərinin dili öyrənmək üçün motivasiyasını artırır. Həmçinin, onun bu yanaşması nəticəsində 8000-dən çox tələbə rus dilini ondan öyrənib.

Yaradıcının hər videosu izləyicilərinə yalnız dil öyrətmək deyil, həm də motivasiya vermək məqsədi danışıyır. Onun nitqi, çıxışları və ümumi yanaşması izləyicilərinin həm dil öyrənməyə olan marağını, həm də özlərinə inamlarını artırır.

Bu yaradıcı sadəcə bir dil müəllimi olmaqla kifayətlənmir, o, həm də qadınlara karyeralarında uğur qazanmaqları üçün ilham verən bir modeldir. Yaratdığı məzmunlarla izləyicilərinə həm bilik verməsi, həm də motivasiya etməsi ona geniş bir auditoriya qazandırıb.

@nigar.kocharli

Nigar Köçərli Azərbaycan kitabsevərlərinin ən çox tanıdığı şəxslərdən biridir. O, “Ali&Nino” kitab mağazasının təsisçisi və rəhbəridir. Bu mağaza Azərbaycan kitab mədəniyyətinin inkişafında mühüm rol oynayır.

Nigar Köçərlinin TikTok hesabı, iş dünyası ilə bağlı çox aktual və gündəlik həyatını əks etdirən məzmunlarla zəngindir. Ən çox maraq doğuran videosu Nigarın özünün və kitab mağazası işçilərinin gündəlik iş həyatında əhval-ruhiyyə vəziyyətlərini gülməli şəkildə əks etdirdiyi videodur. Bu videolar, iş yerindəki gərginliyi yumşaldır və izləyicilərinə pozitiv bir yanaşma təqdim edir. O, kitabların vacibliyini təbliğ etməklə yanaşı, həm də iş dünyasının çətinliklərini, liderlik bacarıqlarını və komanda işini maraqlı şəkildə izah edir.

@sevdaaliyeva.az

Sevda Əliyeva, Pasha Real Estate Group-un İnsan Resursları (HR) idarə olunması strategiyasının rəhbəri olaraq olaraq iş dünyasında böyük uğurlar qazanıb. Onun TikTok hesabı, həm iş dünyasında insan resurslarının əhəmiyyətini, həm də şəxsi inkişaf və karyera mövzularını əhatə edir. Sevda Əliyevanın ən çox izlənilən videosu, şəxsi həyatla bağlı verdiyi məsləhətlərdir. O, bu videoda fəlsəfədən misallar gətirərək insanlara “Qırıldığımız yerdən güc alırıq” mesajı verir.

@ressamjale

Jalə, incəsənət və rəssamlıqla məşğul olan və TikTok platformasında bu sahəyə olan sevgisini izləyiciləri ilə bölüşən bir yaradıcıdır. Onun TikTok hesabı, rəssamlıq, incəsənətə dair çox maraqlı və ilhamverici məzmunla zəngindir. Jalə videolarında tələbələrinin əl işlərinin paylaşaraq izləyicilərini öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə çağırır.

Onun ən diqqət çəkən videolarından biri, divara çəkdiyi rəsmin yaradılma prosesini əks etdirən və fırça ustalığını izləyiciləri ilə bölüşən videodur. Həmçinin Jalə rəssamlıqla bağlı texnikaları və fırça vuruşlarını da təlimat şəklində təqdim edir. Bu hesab, həm sənətçilər, həm də rəssamlığa maraq göstərən insanlar üçün dəyərli bir mənbədir.

@ulviyyaasadli

Ülviyyə Əsədli TikTok-da izləyiciləri ilə təzə və yaradıcı yemək reseptlərini paylaşır. Onun hesabı, yemək hazırlığının sadə və eyni zamanda ləzzətli yollarını izah edir. Ülviyyənin ən diqqət çəkən videosu, qazlı içkiyə duzlu xiyar turşusunun suyunu əlavə edib içdiyi videodur. O, hər bir yeməkdə istifadə etdiyi inqrediyentlərə dair ətraflı məlumat verir, izləyicilərinə sadə və asan yemək reseptləri təqdim edir. Ülviyyə, eləcə də sağlam və balanslı qidalanma mövzusunda məlumatlar verərək, izləyicilərinə yemək hazırlığı ilə bağlı yeni yanaşmalar öyrədir.

Reseptləri çox vaxt yerli mətbəxə əsaslanır, amma müxtəlif mədəniyyətlərin yemək ənənələrinə də geniş yer verir. Bu, izləyicilərinə yemək mədəniyyətini daha dərindən anlamağa və fərqli dadlarla tanış olmağa imkan yaradır.

Bu qadınların nümunəsi, TikTok kimi müasir platformaların qadınlar üçün yalnız əyləncə, məlumat mənbəyi deyil, həm də güclü özünü ifadə etmə və inkişaf sahəsi olduğunu sübut edir.

Aygün, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri