Icma.az
close
up
RU
TikTok da “vəkiləm” deyib yarım milyon topladı Zərərçəkənlər MƏHKƏMƏDƏ

TikTok da “vəkiləm” deyib yarım milyon topladı Zərərçəkənlər MƏHKƏMƏDƏ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə “TikTok” və digər sosial şəbəkələrdə özünü “Hüquq mərkəzi” adı altında vəkil kimi təqdim edərək vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Səbiyyə Panəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.

Zərərçəkən D.G bildirib ki, Səbiyyə Panəliyeva özünü beynəlxalq səviyyədə tanınan “Hüquq mərkəzi”nin direktoru və Lomonosov adına universitetin hüquq fakültəsinin məzunu kimi təqdim edib.

Onun sözlərinə görə, müqavilə bağladıqdan sonra müxtəlif bəhanələrlə əlavə pullar tələb olunub:

“Məni elə inandırmışdı ki, hissə-hissə 13 min 658 manatı məndən necə aldığından ruhum da xəbər tutmadı. Hazırda 5 min 658 manatını qaytarıb. Şikayətçiyəm. Pulumu versin, çıxsın. Cavan qadındır, həbsdə qalmasını istəmirəm”.

Digər zərərçəkən M.P isə 25 min manatlıq başqa dələduzluq işi ilə bağlı hüquqşünas axtararkən Səbiyyə Panəliyevanı tapdığını deyib.

Zərərçəkənin sözlərinə görə, Panəliyeva başqa bir şəxsin 47 min manatını geri qaytardığını deyərək onun etimadını qazanıb. Daha sonra müxtəlif bəhanələrlə ondan pul alıb:

“Məni əmin etdi ki, axşama ziyana düşdüyüm pulun 7 min manatını geri alacaq. Axşamdan neçə axşam keçdi, amma ortada heç bir icraat olmadı. Bir ucdan pul istəyirdi. Sonra isə məni təhqir edib hədələməyə başladı”.

M.P bildirib ki, ona 10 min manatdan artıq maddi ziyan dəyib və növbəti məhkəmə iclasında mülki iddia təqdim edəcək.

Şahid Ş.A isə Səbiyyə Panəliyevanı 2024-cü ildə tanıdığını deyib. Onun sözlərinə görə, qonşusundan 80 min 100 manatlıq borcunu almaq üçün kömək istəyib və Panəliyevaya ümumilikdə 4 min 500 manat ödəyib.

Şahid bildirib ki, bir müddət sonra təqsirləndirilən şəxs telefonlarını söndürərək zənglərə cavab verməyib.

Növbəti məhkəmə prosesi oktyabrın 20-si saat 17:00-a təyin olunub.

Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində sosial mediada özünü hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 nəfərin ümumilikdə 449 min 916 manatını* dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

İstintaq zamanı vurulan maddi ziyanın 381 min 529 manatının ödənilməsi təmin olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri