“TikTok” fotoları videoya çevirən süni intellekt alətini təqdim etdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"TikTok" şəkillərdən videolar yaradan süni intellekt alətini elan edib.
Milli.az xəbər verir ki, yeni funksiya "AI Alive" adlanır və o, istifadəçilərə bir əmrlə hərəkətsiz fotolardan video çəkməyə imkan verəcək.
Yeni süni intellekt alətinə "TikTok" hekayə kamerası vasitəsilə daxil olmaq olar. Məsələn; şəkildə səma, buludlar və dəniz varsa, "TikTok" fotonu səmanın tədricən rənginin dəyişdiyini, buludların sürüşməyə başladığını və dalğaların çırpılmasının səsini eşitdiyiniz videoya çevirəcək.
"AI Alive" ilə hazırlanan "TikTok" videolarında, süni intellekt istifadəsini göstərən etiket və C2PA metadatası da olacaq.
"TikTok" videolar üçün aldıqları təhlükəsizlik tədbirlərindən də danışıb. "TikTok" bildirir ki, yüklənmiş foto, süni intellektə verilən əmr və süni intellekt tərəfindən hazırlanan video məzmun yaradıcısına göstərilməzdən əvvəl moderasiya texnologiyası ilə nəzərdən keçirilir və hekayə paylaşımı zamanı son təhlükəsizlik yoxlamasından keçəcək.
İlqar Şabanov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















