Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

TikTok un avtomobil ustaları Yarı yolda qalmazsınız!

TikTok un avtomobil ustaları Yarı yolda qalmazsınız!

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

TikTok, müxtəlif sahələr üzrə maarifləndirici və faydalı məzmunların məkanıdır. Xüsusilə də avtomobil sahibləri üçün bu platforma əvəzsiz bir informasiya mənbəyinə çevrilib. Burada sürücülər avtomobil təmiri, texniki baxım, ehtiyat hissələrinin seçimi və digər vacib mövzularda peşəkar ustaların məzmunları vasitəsilə maariflənir, hətta onlarla birbaşa əlaqə quraraq etibarlı ustalar tapırlar.

Digər tərəfdən, TikTok avtomobil ustaları üçün də özlərini tanıtmaq, bilik və bacarıqlarını nümayiş etdirmək məqsədi ilə mükəmməl bir platformadır. Onlar burada təkcə müştəri ehtiyatlarını genişləndirmir, həm də avtomobil sahəsində maarifləndirici məzmunlar təqdim edərək etibarlı mütəxəssis kimi tanınırlar.

Əgər siz də avtomobil sahibisinizsə və bu sahədə etibarlı mənbələrdən faydalı məlumatlar almaq istəyirsinizsə, bu məqalə tam sizlikdir! Sizə TikTok-da ən peşəkar və faydalı məzmun təqdim edən dörd avtomobil servisi haqqında olan hesabı tanıdacağıq.

@avtotemiraz

54 min izləyicisi olan bu hesabda müxtəlif mövzularda paylaşılan videolar sayəsində sürücülər avtomobillərinin texniki problemləri haqqında maariflənir, hətta bəzi problemlərin həlli yollarını əyani şəkildə öyrənirlər.

Bu hesabın ən böyük üstünlüklərindən biri də məzmunun həm informativ, həm də praktik olmasıdır. Ustalar videolar vasitəsilə avtomobil sahiblərinə müxtəlif problemləri izah edir, həll yollarını göstərir və ehtiyac yaranarsa, servislərə müraciət etməyi tövsiyə edirlər. Hesabın paylaşımları izləyicilər arasında yüksək maraq doğurur və yüksək baxış toplayır.

Xüsusilə, dizel forsunkaların təmiri ilə bağlı paylaşılan səssiz video 78,5 min baxış qazanaraq böyük rezonansa səbəb olub. Bu, sürücülərin texniki mövzulara olan marağını və praktiki həll yollarını öyrənməyə nə qədər həvəsli olduqlarını göstərir. Digər populyar videolardan biri isə amartizatorlarla bağlı Baba ustanın verdiyi maraqlı məlumatıdır ki, bu video 200 mindən artıq baxış sayı ilə geniş auditoriyaya çatıb. Bundan başqa, avtomobilin şitini çıxarmadan sobasının təmiri ilə bağlı video da izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Bu hesab yalnız avtomobil həvəskarları üçün deyil, həm də təcrübəsiz sürücülər və ustalar üçün də faydalı bir mənbədir.
@usta.avto.servis_

Bu hesabda bir deyil, bir neçə usta bir araya gələrək avtomobil sahibləri üçün müxtəlif mövzularda kontent hazırlayır. Bu yanaşma izləyicilərə fərqli təcrübəyə və biliklərə sahib ustaların fikirlərini dinləmək imkanı yaradır.

Hesabın digər maraqlı cəhəti isə təkcə maarifləndirici deyil, həm də yumoristik məzmunlara yer verməsidir. Bu, izləyicilərin diqqətini cəlb etməklə yanaşı, texniki mövzuların daha asan və səmimi şəkildə qavranmasına kömək edir. Eyni zamanda, səhifə izləyicilərini sevindirmək üçün mütəmadi olaraq xüsusi təkliflər və endirim kampaniyaları da təqdim edir. Bu isə izləyicilərlə qarşılıqlı əlaqəni gücləndirir və onların bu hesabı daha yaxından izləməsinə səbəb olur.

Hesabın ən yüksək baxış sayı toplayan videolarından biri avtomobil mühərrikləri haqqındadır və bu video 57,7 min baxış qazanıb. Digər diqqətçəkən məzmunlardan biri isə ustaların servis xidmətlərində keçirdiyi maraqlı kampaniya ilə bağlıdır. Məsələn, videolardan birində usta zarafatla faranı sındıraraq deyir: “Bizim servisdə fara təmiri pulsuzdur. Necə? Səhifəmizdəki müsabiqəyə qoşularaq!” Bu kimi kreativ yanaşmalar izləyicilər arasında böyük marağa səbəb olur və səhifəyə olan diqqəti artırır.

@avtoserraf
TikTok-da avtomobil təmiri ilə bağlı ən maraqlı və informativ hesablar arasında Avto Sərraf xüsusi yer tutur. Bu hesab usta Miriyə məxsusdur və o, burada həm avtomobil sahibləri üçün faydalı məsləhətlər verir, həm də gündəlik iş prosesində rastlaşdığı maraqlı məqamları izləyiciləri ilə bölüşür.

Usta Mirinin məzmunu təkcə nəzəri biliklərdən ibarət deyil, o, real problemləri araşdırır və onların həll yollarını praktiki şəkildə nümayiş etdirir. Məsələn, ən çox diqqət çəkən videolarından birində o, avtomobilin titrəməsi problemini araşdırır. Önəmli olan məqam isə budur ki, avtomobilin hər bir detalı yoxlanılsa da, əvvəlki ustaların heç birinin ağlına kompressora baxmaq gəlməyib. Nəticədə, problemin mənbəyinin məhz kompressor olduğu ortaya çıxır. Bu kimi hallar sürücülərin texniki problemlərə daha geniş perspektivdən baxmasına və diaqnostika prosesini daha dərindən başa düşməsinə kömək edir.

Hesabın ən yüksək baxış toplayan videosu isə avtomobil mühərrikinin yığılması ilə bağlıdır. 776 min izlənmə qazanan bu videoda usta Miri mükəmməl bir mühərrik yığır və peşəkar ustalıq nümunəsi sərgiləyir. Bu, onun avtomobil təmiri sahəsində nə qədər bacarıqlı olduğunu göstərməklə yanaşı, həm də işinə olan sevgisini və peşəkarlığını vurğulayır.

@r_motors_

Rəhman usta TikTok-da avtomobil həvəskarlarının və sürücülərin diqqətini çəkən peşəkar ustalardan biridir. Onun hesabı təkcə avtomobil təmiri haqqında deyil, həm də avtomobillərə düzgün qulluq etməyin vacibliyini vurğulayan maarifləndirici məzmunları ilə seçilir. O, gördüyü işə böyük sevgi və həvəs ilə yanaşır ki, bu da videolarından aydın şəkildə hiss olunur. Məzmununda enerjisi, peşəkarlığı və işinə olan bağlılığı izləyicilərə ötürülür.

Hesabın ən çox maraq doğuran videolarından biri 182 min baxış və yüzlərlə şərh toplayıb. Bu videoda sürətlər qutusunun yağının 150 min km-dən sonra dəyişdirilməsinin vacibliyi və əks halda yarana biləcək problemlər barədə danışılır. Bu cür məzmunlar sürücülər üçün həm maarifləndirici, həm də praktik əhəmiyyət daşıyır, çünki avtomobil baxımında edilən səhvlər bəzən ciddi və bahalı fəsadlara səbəb ola bilər.

Bundan başqa, Rəhman usta hesabında müxtəlif texniki məsələlərə toxunur. Onun digər videolarında mühərrikə düzgün qulluq edilmədikdə yarana biləcək problemlər, ucuz və keyfiyyətsiz təmirin uzunmüddətli effektsizliyi və avtomobilə diqqətsiz yanaşmağın doğura biləcəyi risklər barədə danışılır.
Bir sözlə, bu cür məzmunlar avtomobil sahiblərinə nəinki öz nəqliyyat vasitələrinə daha yaxşı qulluq etməyi öyrədir, həm də gələcəkdə qarşılaşa biləcəkləri problemlərin qarşısını almağa kömək edir. Əgər siz də avtomobilinizin uzunömürlü və problemsiz işləməsini istəyirsinizsə, ustaların məsləhətlərindən və praktiki biliklərindən faydalanmağa çalışın! 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:326
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri