Icma.az
close
up
RU
TikTok , YouTube və Instagram dakı qısa videolar insan beyninə mənfi təsir göstərir TƏDQİQAT

TikTok , YouTube və Instagram dakı qısa videolar insan beyninə mənfi təsir göstərir TƏDQİQAT

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər tərəfindən aparılan yeni tədqiqat nəticəsində "TikTok", "YouTube" və "Instagram" platformalarında yayımlanan qısa videoların insan orqanizminə təsiri araşdırılıb. Nəticələr bu cür məzmunun insan beyni və psixologiyasına ciddi mənfi təsir göstərdiyini ortaya qoyur.

Qaynarinfo xəbər verir ki, bu barədə "NeuroImage" jurnalında dərc olunan məqalədə məlumat verilib.

Qısa videoların beyində yaratdığı dəyişikliklər

Tədqiqatın nəticələrinə əsasən, qısa videolardan yüksək dərəcədə asılı olan şəxslərdə emosional tənzimləmə ilə bağlı beyin bölgələrində artan aktivlik müşahidə olunub. Bundan əlavə, həmin şəxslərin orbitofrontal qabıq və beyincik kimi beyin bölgələrində struktur dəyişikliklər qeydə alınıb. 

Qısa video asılılığı fərdiləşdirilmiş video məzmununun kompulsiv və nəzarətsiz istehlakı ilə xarakterizə olunur. Bu davranış modeli yuxu pozuntuları, emosional qeyri-sabitlik, diqqət və yaddaşın zəifləməsi kimi fiziki, psixoloji və sosial mənfi təsirlərlə əlaqələndirilir.

Mütəxəssislərin fikrincə, qısa videoların sürətli və stimullaşdırıcı təbiəti istifadəçilərin mürəkkəb və vacib tapşırıqlara diqqətini cəmləmək qabiliyyətini azalda bilər. Bu isə uzunmüddətli dövrdə onların koqnitiv və emosional sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Çin alimlərinin aparıcı rolu

Çinin Tyançzin Universitetindən olan tədqiqatçılar bu sahədə qabaqcıl araşdırma apararaq, qısa video asılılığının beyində necə dəyişikliklərə səbəb olduğunu və bu davranışa genetik meylliliyi müəyyən etməyə çalışıblar. Bundan əlavə, tədqiqatda şəxsi xüsusiyyətlərin, məsələn, sosial şəbəkələrdəki məzmunlara baxarkən yaranan paxıllıq və mənfi emosiyaların təsiri də öyrənilib.

Tədqiqatda 17-30 yaş arasında olan və müntəzəm olaraq qısa videolar izləyən 111 tələbə iştirak edib. Nevroloji və ya psixi pozğunluğu olan şəxslərdən yan keçilərək, nəticələrin məhz qısa videolara baxmağın təsirləri ilə əlaqəli olması təmin edilib.

Beyində struktur və funksional dəyişikliklər

MRT (maqnit-rezonans tomoqrafiya) vasitəsilə beynin yüksək keyfiyyətli görüntüləri əldə olunub və bu görüntülər əsasında struktur və funksional dəyişikliklər təhlil edilib. Araşdırmanın nəticələrinə görə, orbitofrontal qabıq və beyincik bölgələrində boz maddənin həcminin artdığı müşahidə edilib. Bu dəyişikliklər kompulsiv davranışın güclənməsinə işarə edir.

Bundan əlavə, qısa video izləyən şəxslərdə yuxu keyfiyyətinin 30% azalması və iştirakçıların yarısında xroniki yuxusuzluq inkişaf etdiyi müəyyən olunub. Onların yuxuya getmə vaxtı 40% artıb.

Diqqət və emosional problemlər

Tədqiqat göstərib ki, əvvəlcə istifadəçilər diqqətlərini 2,5 dəqiqə cəmləyə bilirdilərsə, qısa videolara baxdıqdan sonra bu müddət cəmi 47 saniyəyə enib. İştirakçıların əksəriyyətində narahatlıq yaranıb və onların yarısına depressiyadan çıxmaq üçün dərman müalicəsi təyin olunub.

Alimlərin bu tədqiqatı qısa videoların təkcə fərdi səviyyədə deyil, ümumi psixoloji və koqnitiv sağlamlıq üçün də təhlükə yarada biləcəyini bir daha sübut edir. Bu səbəbdən, mütəxəssislər qısa video platformalarından istifadənin məhdudlaşdırılmasını tövsiyə edirlər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri