“TikTok”da oyunlar təşkil edən şəxs 20 sutka inzibati həbs olunub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 28 dekabr, AZƏRTAC
Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “TikTok”erlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 min manat pul mükafatı vəd edilən yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub. Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















