Icma.az
close
up
RU
Tiktoker azyaşlılara əxlaqsız hərəkətlər etdi, uşağın qohumu onu güllələdi DƏHŞƏTLİ QƏTL

Tiktoker azyaşlılara əxlaqsız hərəkətlər etdi, uşağın qohumu onu güllələdi DƏHŞƏTLİ QƏTL

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yevlax rayonunda 1989-cu il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində mübahisə zamanı Nəsimini (adlar şərti verilib – red.) qətlə yetirib.

Turkustan.az-ın Teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, Xankəndi şəhəri ərazisində dövlət qurumlarından birində xidmətdə olarkən anası Vəfa Fəridə zəng edib və Yevlax rayon sakini Nəsiminin azyaşlı nəvəsinin qarşısını kəsərək onu bıçaqla hədələyib seksual xarakterli hərəkətlər etdiyini deyib.

Fərid bundan sonra Xankəndi şəhəri ərazisində naməlum şəraitdə tapdığı “Makarov” tapançaya hər birində 7 və 6 ədəd, ümumilikdə 13 ədəd atəş üçün yararlı patron daxil edib. Daha sonra Yevlaxa evlərinə gəlib. O, azyaşlı qohumu ilə söhbət edib. Bu zaman uşaq ağlayaraq, Nəsiminin dəfələrlə bir manatlıq pul əskinası və konfet verərək, ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyib və bildirib ki, sonuncu dəfə Nəsimi onu binanın dəhlizinə salaraq, bir əli ilə ağzını tutub, üzərinə bıçaq çəkib, öldürməklə hədələyib və yenə ona qarşı seksual xarakterli hərəkətlər edib.

Fərid bunları eşitdikdə Nəsiminin əxlaqsız hərəkətlərdən hiddətlənib və qisas məqsədilə onu öldürmək qərarına gəlib. O, tapançanı götürüb, şəhərin Qanboy Quliyev küçəsində Nəsiminin yaşadığı binanın qarşısına gəlib. Nəsimini səsləyib, mənzilin eyvanından bir nəfər ona cavab verib.

Əxlaqsızlıq və qətl

Fərid həmin şəxsə Nəsiminin dostu olduğunu və onunla görüşmək istədiyini bildirib. Sonra binanın arxa tərəfinə keçərək, mənzilin yerləşdiyi blokun qarşısında gözləyib.

Bir neçə dəqiqə sonra Nəsiminin anası Günay ilə birlikdə gəldiyini görüb. Nəsimiyə sakit tonla: "Sənin nəfəsini kəsəcəyəm, nə qədər imkanın var, nəfəs almaqda davam elə", - deyib. Fərid ətrafda sakinlərin də olduğunu gördükdə fikrindən yayınıb və oradan uzaqlaşaraq yaşadığı evə qayıdıb.

O, həmin gün saat 13.00 radələrində spirtli içki qəbul edib, yüngül sərxoşluq vəziyyətində Nəsimini öldürmək məqsədilə onun yaşadığı binanın qarşısında bulağının yanına gəlib. Bir müddət Nəsimini həyətə düşməsini gözləyib. Saat 16.00 radələrində onun yaxın qohumu ilə birlikdə yaxınlıqdakı “Dədə Qorqud” parkı ilə bulağa tərəf hərəkət etdiyini görüb. Onlara yaxınlaşıb, Nəsimidən haraya getdiyini soruşub. Nəsimi bu sualı nə məqsədlə verməsi ilə maraqlanıb. Fərid Nəsimini "yeyib-içməyə" aparacağını deyib və onun qolundan tutaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan “Vaz-2107” markalı avtomobilə minməyi təklif edib.

Nəsimi maşına minməkdən imtina edib və istifadəsində olan mobil telefonla anasına zəng etmək istəyib. Lakin Fərid ona imkan verməyib. Özü ilə gətirdiyi “Makarov” tipli tapançanı çıxarmaq istəyərkən odlu silah yerə düşüb. Bunu görən Nəsiminin qohumu onların yanından uzaqlaşıb.

Fərid silahı yerdən götürdükdən sonra Nəsiminin qaçaraq uzaqlaşdığını görüb. O, silahdan 2 dəfə atəş açıb.

Daha sonra güllənin Nəsiminin dəymədiyini görüb və onu təqib edib. Binanın ikinci blokunda ona çatıb. Birlikdə bloka daxil olduqdan sonra 2 dəfə atəş açıb, başına açılmış ilk atəşdən Nəsimi yerindəcə ölüb.

Üç maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Elə insanlar yaşamalı deyil”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, Nəsimi bundan başqa 5-6 ailənin də uşaqlarına qarşı əxlaqsız hərəkətlər edib və ailələri gözüyaşlı qoyub: “Yevlax balaca şəhərdir, hamı bir-birindən utanır. Əlbəttə, Nəsimi həmin hərəkətləri edən zaman mən də bir Azərbaycan vətəndaşı kimi buna qarşı çıxmışam. Çünki hamımızın qeyrəti, namusu var.

Hadisədən bir gün əvvəl Nəsimiyə xəbərdarlıq etmişəm. Sözün düzü, onu məhz bir gün əvvəl öldürəcəkdim. Öldürdüyümü də boynuma alıram. Bu gün yenə eyni hərəkət edərdim. Elə insanlar yaşamalı deyil”.

“Bir neçə ailənin gözünü yaşlı qoyub”

Təqsirləndirilən şəxs qeyd edib ki, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham verilib:

“Həmin hissə ilə razı deyiləm. Çünki mən zərərçəkmişi şəxsi tutaraq demişəm ki, mənimlə getsin. Amma o, həmin vaxt qaçmaq istəyib. Mən də qaçmasın və ətrafdakı insanlara zərər gəlməsin deyə havaya iki dəfə atəş açmışam. Nəsimi qaçmağa başlayıb, mən də onun arxasınca qaçmışam.

Nəsimi artezian bulağının qarşısında yerləşən binanın digər tərəfindən fırlandı və həmin istiqamətdən binanın 2-ci blokuna daxil olaraq, dəmir qapını bağlamaq istədi. Ona mane oldum, sol qolumu qapının arasına saldım. Bundan sonra qapını açdım və tapançadan bir dəfə onun başına atəş açdım.

Əməlimdən peşman deyiləm. Nəsimi əxlaqsız hərəkətləri ilə bir neçə ailənin gözünü yaşlı qoyub”.

“Daha çox uşaqlarla oynayıb”

İş üzrə zərərçəkmiş Nəsiminin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, Nəsimi anaları Günayla birlikdə yaşayıb: “Mən isə öz ailəmlə başqa ünvanda yaşayıram. Təxminən hadisədən 3 ay əvvəl Laçın rayonunda yerləşən tikinti şirkətində fəhləlik etməyə başlamışam. İşlə əlaqədar Laçın rayonunda oluram.

İki həftədən bir gələrək, Yevlaxda ailəmin yanında 2 gün qalıb, yenə də işimin arxasınca gedirəm. Nəsimi xasiyyətcə sakit və mehriban insan olub. Psixoloji problemləri vardı. Daha çox uşaqlarla oynayırdı”.

Mərhumun hüquqi varisi qeyd edib ki, 2023-cü ilin oktyabr ayının sonlarında Yevlax rayonuna gələn zaman qardaşı Nəsiminin İlqar adlı şəxslə mübahisə etdiyini öyrənib: “Həmin vaxt İlqar Nəsimiyə yumruq vurdu. Mən Nəsimidən mübahisənin səbəbini soruşdum. O da İlqarın oğlu Namilə papaq verdiyini, buna görə İlqarla aralarında mübahisə olduğunu bildirdi.

Bundan sonra Nəsimi mənə həmin uşaqdan uzaq duracağını dedi. Daha sonra mən Nəsimi ilə bu barədə söhbət etmədim”.

“Əxlaqsız hərəkət etməyib”

Hüquqi varisin sözlərinə görə, 2023-cü ilin noyabr ayının 12-də Laçın rayonunda olan zaman anası Günay ona Nəsiminin qətlə yetirildiyini bildirib:

“Mərhum qardaşımla təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı mübahisə olmayıb. Yalnız 2023-cü ilin oktyabr ayının sonlarında qardaşım Fəridin bacısı Gülarənin əri İlqarla dava edib və İlqar da Nəsimini yumruqla vurub. Mübahisənin səbəbi də, Nəsiminin dediyinə görə, İlqarın oğlu Namilə idman papağı verməsidir.

Mərhum qardaşımın Fəridin bacısı oğluna qarşı hər hansı əxlaqsız hərəkətlər etməsi barədə heç bir məlumatım yoxdur. Nəsimi mənə yalnız Namilə qarşı heç bir əxlaqsız hərəkət etmədiyini bildirib”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi onun barəsində olan birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Bu şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Müdafiəçinin təqdim etdiyi şikayəti araşdıran hakimlər heyəti Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv ediblər, yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilib.

Fərid Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib, ona 16 il 6 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.

Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Tiktok" sosial şəbəkəsindən paylaşdığı videolarla məşhur olub. Onu qətlə yetirən şəxs isə dövlət qurumlarından birinin işçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyun 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri