Icma.az
close
up
RU
TikToker şairə İlhamə Elşadqızına 3 il cəza verildi: “Yardımla dolanan adamam, pulum hardadır ki...”

TikToker şairə İlhamə Elşadqızına 3 il cəza verildi: “Yardımla dolanan adamam, pulum hardadır ki...”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Televiziya kanallarında ekspert kimi çıxış edən və ötən ilin dekabrından həbsdə olan TikToker-şairə İlhamə Elşadqızının (Əsgərova) məhkəməsi başa çatıb. Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Anar Sadıqovun sədrliyilə çıxarılan hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinib.

İttihama əsasən, onun yaşadığı evdə - Yasamal rayonu, Salatın Əsgərova 64 ünvanında çantasının içindən 5,3 qram narkotik aşkarlanıb.

Məhkəmə prosesində dövlət ittihamçısı TikToker-şairənin 4 il 6 ay azadlıqdan məhrum edilməsini, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Onun vəkili isə bildirib ki, İlhamə Elşadqızına qarşı ittiham məhkəmədə sübuta yetirilməyib. Vəkil müvəkkili haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsində İlhamə Elşadqızının saxlanması zamanı aparılan əməliyyat çəkilişi nümayiş etdirilib. Çəkilişdə polislər ona narkotiklə bağlı məlumat aldıqlarını, bu səbəbdən baxış keçirəcəklərini bildirir, çantadan narkotik çıxarırlar.

İlhamə Elşadqızı isə bildirib ki, onun çantasında narkotik ola bilməzdi. Çünki o, heç vaxt narkotikdən istifadə etməyib. Belə vərdişlərdən uzaq biri olduğunu deyən TikToker-şairə əlavə edib ki, evində narkotik olmayıb:

“Mənim qanım təmiz, alnım da açıqdır. Ömür boyu əxlaqımla yaşamışam. Məni şərləyənlər utansın. Mənim evimdə narkotik olmayıb. Kasıb adamam, yardımla dolanırdım. Pulum hardandır ki, narkotikə verim? Ayıbdır, adama belə şər yaxmazlar. Mən dövlətimi, xalqımı sevən adamam”.

O, son sözündə də bəraət istəyib: “Xahiş edirəm, nəzərə alın ki, anamdan başqa heş kimim yoxdur. Anam məni gözləyir”.

Hakimlər müşavirədən sonra onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

İlhamə Elşadqızı 2024-cü il dekabrın 24-də həbs olunub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri