Icma.az
close
up
RU
Tiktokerlər niyə saxlanılıb? Vətəndaşların narazılığı… Xəbər saytı Son xəbərlər və Hadisələr

Tiktokerlər niyə saxlanılıb? Vətəndaşların narazılığı… Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

"TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və bir neçə "tiktok"er saxlanılıb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, "tiktok"erlərin saxlanılmasına səbəb cəmiyyətin haqlı narazılığı olub:

"Hər kəsə məlumdur ki, "Tiktok" sosial şəbəkəsində milli-mənəvi dəyərlərimizə zidd, qeyri-etik, cəmiyyətə açıq hörmətsizlik edilən canlı yayımlar mövcuddur. Uzun müddətdir ki, bununla bağlı müvafiq qurumlar tərəfindən ciddi və ardıcıl tədbirlər görülür. Bu günə qədər xeyli "tiktok"çu saxlanılıb, bir neçəsi cərimlənib. Ancaq görünən odur ki, bəzi şəxslər bu cəzalardan, inzibati həbslərdən dərs almayıblar.

O qeyd edib ki, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı ardıcıl tədbirlər görülür:

"Bu gün saxlanılan "tiktok"erlər son zamanlar canlı yayımlarda müxtəlif adlarla "realiti şou"lar təşkil edən şəxslərdir. Onların həmin yayımlarında qeyri-etik ifadələr, milli-mənəvi dəyərlərimizə zidd söhbətlər cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Son günlər istər cəmiyyətdə, istər sosial şəbəkələrdə, istərsə də mediada həmin şəxslərin cəzalanması ilə bağlı çağırışlar edilirdi. Çox sevindirici haldır ki, dövlət qurumlarımız da bu məsələyə operativ və çevik reaksiya verdi, həmin şəxslərlə bağlı tədbirlər görüldü".

Hacıbəy Heydərli bildirib ki, "Tiktok" sosial şəbəkəsi bir çox ölkədə məhz bu cür yayımlara və paylaşımlara görə qadağan edilib:

"Bilirsiniz ki, "Tiktok" bəzi ölkələrdə blok edilib, bunun da səbəbi məhz əxlaqsızlığı təbliğ edən yayımlar və paylaşımlardır. Həmin ölkələrdə gənclərin və yeniyetmələrin tərbiyəsini pozduğu səbəbi ilə "Tiktok" bloklanıb. Anoloji addımın ölkəmizdə də atılması ilə bağlı bəzi hallarda çağırış edilir. Bu da səbəbsiz deyil, çünki "tiktok"un alqoritmi elə qurulub ki, burada yayılan hansısa əxlaqsız video, hansısa qeyri-etik paylaşım bir anda milyonlarla insanın qarşısına çıxa bilər. Düşünürəm ki, maarifləndirmə və ciddi tədbirlərlə "tiktok"da bu cür neqativ hallarını qarşısını ala bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri