Timoşenkodan Almaniyaya cavab: Bizim qanımız bahasına?...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın keçmiş baş naziri və Batkivşina Partiyasının lideri Yuliya Timoşenko ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin nümayəndələri ilə danışıqlardan sonra Ukrayna münaqişəsinə dərhal son qoymağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Müharibə dərhal başa çatmalıdır. Kimsə Avropanın təhlükəsizliyi üçün Rusiyanın “tükənməsi”nin əvəzini Ukraynanın mövcudluğu və yüz minlərlə ukraynalının həyatı bahasına ödəməyə qərar verir? Düşünməzdim ki, onlar bunu bu qədər rəsmi və açıq deməyə cəsarət edəcəklər. Bu, çox şeyi izah edir”, - Timoşenko bildirib.
Qeyd edək ki, Timoşenkonun açıqlamasına səbəb Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalın Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə dəstək verən sözləri olub. Onun fikrincə, silahlı münaqişə 2029-cu və ya 2030-cu ildən tez başa çatarsa, o zaman Rusiya Avropa üçün təhlükə yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Mart 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















