Icma.az
close
up
RU
Tiranada “Azərxalça” nın “Əlləriniz var olsun! ” xalça kolleksiyasının sərgisi baş tutub FOTO

Tiranada “Azərxalça” nın “Əlləriniz var olsun! ” xalça kolleksiyasının sərgisi baş tutub FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabr ayının 18-də "Azərxalça" ASC, Azərbaycanın Albaniyadakı səfirliyi və Tirana İncəsənət Qalereyasının birgə təşkilatçılığı, Tirana Şəhər Bələdiyyəsinin dəstəyi ilə Tirana İncəsənət Qalereyasında (Tirana Art Gallery) Azərbaycan xalçalarının Avropada növbəti sərgisi baş tutub. Sərgi Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Növbəti gün, noyabr ayının 19-da isə müxtəlif təhsil ocaqlarının incəsənət fakultələri tələbələrinin Azərbaycanlı rəssamlarla görüşü, ustad dərsləri baş tutub.

"Əlləriniz var olsun!" sərgisinin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə Albaniya dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Tiranadakı diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə Albaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

"Əlləriniz var olsun!" xalça kolleksiyasına "Azərxalça" ASC-nin emalatxanalarında toxunan Qarabağ, Quba və Şirvan xalçaçılıq məktəblərinə aid ənənəvi xalçalarla yanaşı, müxtəlif xüsusi kolleksiyalardan əsərlər də daxildir. Bunların sırasına "Azərxalça" ASC-nin Rəşad Ələkbərovla  ortaq "44" kolleksiyasından bir, Aydan Salahova ilə "Yaddaşın memarı" və "Qadın" kolleksiyalarından iki, Faiq Əhmədlə ortaq layihədən bir, gənc rəssam Samirə Allahverdiyeva ilə "Nar simfoniyası" kolleksiyasından 3 eksklüziv xalça və  "AFFFAIR" ilə əməkdaşlıqdan  Rüfət İsmayılın iki - "Naxçıvan" və "Qarabağ" xalçaları daxildir. Bundan əlavə, sərgidə öz əsərlərində Şərqlə Qərbi birləşdirən və bununla da sərhədləri yox etməyə çalışan alban rəssam Xhevahir Kolgjinin Cevahir Kolqyinin də iki xalçası nümayiş olunacaq. 

Sərgini öz nitqi ilə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov açıq elan edib. Diplomat Azərbaycanın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə bu sənətin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat verib. Səfir qeyd edib ki, sərginin məqsədi sənət vasitəsilə Azərbaycan mədəniyyətini və həqiqətlərini yerli sakinlərə çatdırmaqdır. İki ay davam edəcək sərgi Azərbaycan və Albaniya xalqlarının yaxınlaşmasına töhfə verəcək. O, Tirana şəhər bələdiyyəsinə sərginin nümayişinə yaradılmış şəraitə görə təşəkkür edib.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarını yaxın zamanda qeyd etdiyimiz, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 noyabr Zəfər Günü və möhtəşəm qələbənin 5 illiyi  münasibətilə təbrik edərək təşkilatın tarixindən söz açıb. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan müxtəlif xalçaların qısa tarixindən də söz açaraq "Azərxalça" ASC-nin gələcək planları və əsas hədəflərindən də danışıb. 

Daha sonra Tirana İncəsənət Qalereyasının direktoru Edit Pula və xüsusilə bu sərgi üçün vətəninə səfər edən Albaniya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Besart Kadia öz çıxışları ilə tədbiri davam ediblər. 
Azərbaycanın xalçaçılıq sənətinin  dünyada tanıdılması, milli mənəvi irsimizin qorunması, müasir dövrə uyğunlaşdırılaraq gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin təbliğinə dəstək yönündə "Azərxalça" ASC və "AFFFAIR" in ortaq, "Mədəni irsə yeni baxış" kolleksiyasına  aid  "Qarabağ" və "Naxçıvan" xalçaları "PAŞA Holding" və "PAŞA Bank" tərəfindən  Tirana İncəsənət Qalereyasına hədiyyə olunub. Bu xalçalar qalereyanın daimi kolleksiyasında nümayiş olunmağa davam edəcək. Bununla yanaşı, "Naxçıvan" xalçasının daha bir nümunəsi isə "PAŞA Holding" tərəfindən Albaniya Xarici İşlər Nazirliyinə hədiyyə kimi təqdim olunub. 
Sərgi ziyarətçiləri üçün Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub, ustad dərsləri keçilib. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə "Azərxalça" ASC-nin xüsusi sertifikatı da təqdim olunub.  Sərgi yanvar ayının 20-dək davam edəcək.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri