Icma.az
close
up
RU
Tiranada güc nümayişi: Paşinyan Əliyevə hesabat verdi TƏHLİL

Tiranada güc nümayişi: Paşinyan Əliyevə hesabat verdi TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Makronun isə Əliyevə yaxınlaşması Parisin yeni geosiyasi jestidir


"Azərbaycan-Türkiyə ittifaqı Fransanın koalisiya planlarını darmadağın etdi"

Prezident İlham Əliyev Tiranada bir çox ölkə lideri ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə də görüşdü. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini dedilər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. 

Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb. Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib. Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub. Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib. Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi bir daha görünür və qəbul edilir. Bir müddət əvvəl düşünülə bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri geriyə doğru gedir. Aİ-nin əvvəlki administrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlıq var idi. Ancaq Azərbaycanın qəti mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu. Aİ də başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Kaya Kallasın Azərbaycan səfəri, Koştanın cənab Prezidentlə telefon danışığı, Ursula fon der Lyayenin də Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ-nin Azərbaucana verdiyi əhəmiyyətin bariz nümunləridir. Bu gün Aİ ilə Azərbayca arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Aİ-də də bu cəhdləri dəstəkləyən qüvvələr də vardı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi. Bir tərəfdən Azərbaycan Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri qurdu. Mərkəzi Asiya, Yaxın Şərq  ölkələri ilə əlaqələrini inkişaf etdirdi. Digər tərəfdən də Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən formada inkişaf etdirir.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 6-cı sammitində Azərbaycan dövlətinin gücləndirilmiş performansını nümayiş etdirdi. Analitik vurğulayıb ki, ümumilikdə Tiranadakı sammit strateji baxımdan Cənubi Qafqazın hüdudlarından kənardakı proseslərdə Azərbaycanın mövqelərinin əhəmiyyətli yerləşdirilməsini qeyd edir: 

"Ermənistan Baş naziri Nikol Paşinyan İlham Əliyevlə görüşdə Azərbaycan liderinə hesabat verirmiş kimi göründü. İlham Əliyevin baxışlarında və davranışlarında Azərbaycanın Ermənistan üzərindəki diktə etdiyi məqamlar görünməkdə idi. Fransa Prezidenti Emmanuel Makronun cənab İlham Əliyevə yaxınlaşaraq onunla söhbətləşməsi də diqqət çəkdi. Bunu diplomatik jest və etiketlər naminə atılan addım kimi xarakterizə etmək məsələnin texniki tərəflərini ortaya qoyur. Geniş kontekstdə isə bu, Parisin Bakının maraqları ilə geosiyasi yaxınlıq nümayiş etdirməkdə həvəsli olduğunu göstərə biləcək hadisədir. Üstəlik, Fransanın Azərbaycanla dil tapmaq arzusu Azərbaycan-Türkiyə strateji müttəfiqliyindəki mühüm nailiyyəti qeyd edir. Sammitdə İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü və onların Paşinyan üçün verdiyi mesajlar daha dərin mətləbləri Fransanın mənzərəsində açır. Yəni Fransanın regionda Azərbaycan-Türkiyə ittifaqına qarşı koalisiya yaratmaq cəhdlərinin fiaskoya uğraması cənab Makronu fərqli siyasətə məcbur edə biləcək aktdır".


Ekspert qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın sülh və təhlükəsizlik üçün həyata keçirdiyi mexanizmləri asanlaşdıran beynəlxalq və regional məqamlara qarşı deyil: 


"Hərçənd ki, Fransa hələ də, regionda həssas faylların, o cümlədən eskalasiya risklərinin yüksəlməsini xarici siyasətinin mərkəzində tutur. Bu, Fransanın hələ bir müddət də, Azərbaycana qarşı kollektiv hərəkətləri dəstəkləyəcəyi anlamını ifadə edir. Ancaq İlham Əliyev Ermənistanın bir nömrəli havadarı statusunu almağa iddialı olan Fransanın ümumi rəftarını dəyişdirmək üçün tez və qətiyyətlə hərəkətə keçəcək. Emmanuel Makron Azərbaycanın müttəfiqlik və tərəfdaşlıq arealının və regiondakı güc balanslarını dəyişdirə bilmək potensiallarını bildiyindən özünü fərqli bir rakursdan təqdim etməyə çalışır. Lakin bu, görüntü və yenilənmiş manipulyativ obrazdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri