Paşinyan və Makron Tiranada görüşdülər
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədəki hesabında yazıb.
"Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş", - Ermənistanın baş naziri qeyd edib.
Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 16 May 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















