Icma.az
close
up
RU
“Tıxac” deyib keçməyin... İldə 270 milyon manatlıq yanacaq israf edilir

“Tıxac” deyib keçməyin... İldə 270 milyon manatlıq yanacaq israf edilir

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Məlum olduğu kimi, bu yaxınlarda ölkə başçısı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Sərəncamda da qeyd olunduğu kimi paytaxt Bakıda tıxac problemi son illərdə ciddi şəkildə artıb və şəhərin iqtisadi, sosial və ekoloji həyatına mənfi təsir göstərməkdədir.
Qeyd edək ki, avtomobil tıxaclarının ölkə iqtisadiyyatına və sürücülərin xərclərinə təsiri ölçülə bilən iqtisadi və sosial itkilərə səbəb olur. Bu yazıda qısa da olsa tıxacların ölkə iqtisadiyyatına və sürücülərin xərclərinə hansı təsirlərinin olduğunu təqdim edəcəyik:
- İqtisadi zərərlər
Müşahidələr və araşdırmalar göstərir ki, tıxaclarda yanacaq sərfiyyatı təxminən 50% artır. Yəni, avtomobil 10 km. məsafə üçün adi vaxtlarda 1 litr benzin işlədirsə, tıxac zamanı 1,5 litr yanacaq sərf edir. Gün ərzində bir sürücü 2 saat tıxacda qalarsa, avtomobil orta hesabla 1 litr əlavə yanacaq işlətmiş olacaq. Bu isə il ərzində təxminən 300 litr yanacaq deməkdir. Yanacağın (Aİ-92, Aİ-95, dizel və s.) orta satış qiymətini 1,2 manatdan götürsək, sürücülər tıxac səbəbindən orta hesabla ildə 360 manat əlavə yanacaq xərci çəkir. Rəsmi məlumatlara görə paytaxt Bakıda 750 minə yaxın avtomobil qeydiyyatdadır. Bu da o deməkdir ki, il ərzində Bakıda tıxac səbəbindən yanacaq üçün təxminən 270 milyon manat əlava vəsait xərclənir. Müqayisə üçün bildirək ki, ötən il ölkə üzrə yanacağa ümumilkdə 3,4 milyard manat vəsait xərclənib.
- Zaman itkisi
Sürücülər kimi sərnişinlər də gündə orta hesabla 2 saat tıxacda vaxt itirirlər. Bu isə il ərzində təxminən 600 saat təşkil edir. Azərbaycanda gündəlik rəsmi iş saatının 8 saat olduğunu nəzərə alsaq, tıxacda itirilən zaman ümumi iş saatının ¼-nə bərabər olur. Aydın məslədir ki, zaman itkisi əmək məhsuldarlığının azalmasına səbəb olur. İşə gecikmələr artdığı üçün iş yerlərində məhsuldarlıq azalır. Xüsusilə taksi sürücüləri, çatdırılma xidmətləri və ictimai nəqliyyat işçiləri üçün bu, ciddi problem yaradır.
- Ekoloji zərərlər
Tıxaclarda avtomobillər havaya daha çox karbon qazı (CO₂), azot oksidi (NOx) və digər zərərli tullantılar buraxır. Hesablamalara görə, tıxaclar səbəbindən Bakıda havanın çirklənmə səviyyəsi normal həddən 2-3 dəfə yüksək olur. Bakıda 2 000 tondan çox karbon qazı (CO₂) emissiyası qeydə alınır.
- Sağlamlıq problemləri
Hava çirkliliyi səbəbindən astma, bronxit və digər tənəffüs yolu xəstəlikləri artır. Havanın çirklənməsi eyni zamanda ürək-damar problemlərinin artmasına səbəb olur. Dünya Səhiyyə Təşkilatına görə, tıxac və hava çirkliliyi səbəbindən Bakı sakinlərinin orta ömür müddəti 2-3 il azala bilər. Tıxaclarda uzun müddət qalan sürücülərdə stress, yüksək qan təzyiqi və sinir sistemi pozuntuları yaranır.
- Sosial Zərərlər
Gündəlik tıxacda vaxt keçirmək insanlarda əsəbilik, gərginlik və depressiyaya səbəb ola bilər. Tıxacda saatlarla qalan sürücülər yol qəzalarına və yol hərəkəti qaydalarının pozulmasına daha çox meylli olur. Tıxaclar təkcə adi sürücülərə deyil, təcili yardım maşınları, yanğınsöndürənlər və polis avtomobillərinə də mənfi təsir edir. Vaxtında çatdırılmayan tibbi xidmətlər həyati təhlükəyə səbəb ola bilir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Fevral 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri