Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Tıxaca qarşı ilk mükəmməl addım TƏBİB dən gəldi

Tıxaca qarşı ilk mükəmməl addım TƏBİB dən gəldi

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

TƏBİB-in bu addımı alqışlanmalıdır, bu, digər qurumlar üçün də nümunəvi yol xəritəsi ola bilər. Bu modelin bir çox sahələrdə, o cümlədən hərbi birləşmələrdə, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları və digər qurumlarda tətbiqi mümkündür. Dünyanın bir çox ölkələrində bu təcrübədən geniş istifadə olunur.

Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı TƏBİB-in həyata keçirdiyi “Evimə yaxın iş” layihəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, layihə tibb işçilərinə yaşayış ünvanlarına daha yaxın tibb müəssisələrində işləmək imkanı yaradaraq, tıxac probleminin həllinə müsbət təsir göstərə bilər:

“Bu praktika xüsusilə ABŞ-da geniş yayılıb və bir zamanlar “Ya evi işə yaxın et, ya da işi evə” şüarı ilə məşhur olub. Bu prinsip əsasında əhəmiyyətli irəliləyişlər əldə edilib. Buna görə də TƏBİB-in təşəbbüsünü yüksək qiymətləndirir və onların tıxac probleminin həllinə vermək istədikləri töhfəyə görə təşəkkür edirəm. Digər qurumları da bu cür təşəbbüslərə qoşulmağa çağırıram. Xüsusilə təhsil sistemində bu yanaşmaya ciddi ehtiyac var. Bakı şəhərində ən böyük problemlərdən biri insanların şəhərin bir ucundan digər ucuna iş və ya təhsil üçün hər gün gedib-gəlməsidir. Son günlərin müşahidələri göstərir ki, tıxacın əsas səbəblərindən biri təhsil sistemidir. Son bir ayda universitetlər bağlı olduğundan, məktəblər də tətilə çıxdıqdan sonra küçələrdə sıxlığın azaldığını hiss etdik. Bunun səbəblərini təhlil etməliyik. İnsanlar daha keyfiyyətli təhsil üçün uzaq məsafələrə getməyə məcbur olurlar. Bu da şəhərdə nəqliyyatın yükünü artırır. Ona görə də bu məsələnin həlli üçün yollar tapmalıyıq. TƏBİB-in addımı nümunədir və digər qurumlar da bu istiqamətdə tədbirlər görməlidir”.

Millət vəkili Fazil Mustafa da saytımıza açıqlamasında bu təşəbbüsün vacibliyini qeyd edərək, bunun həm vaxt itkisinin qarşısını aldığını, həm də tıxac probleminin həllinə töhfə verdiyini vurğulayıb:

“Bu, olduqca vacib məsələdir və təkcə səhiyyədə deyil, təhsil sahəsində də tətbiq olunmalıdır. Bu mövzunu Milli Məclisdə də qaldırmışam. Müəllimlər bəzən üç marşrut dəyişərək işə gedirlər ki, bu da onlar üçün ciddi problem yaradır. Səhiyyədə də bu sistemin tətbiqi çox müsbət nəticələr verəcək. İnsanlar vaxt itkisini azaltmaq üçün belə yerdəyişmələrin həyata keçirilməsində maraqlıdırlar. Bu yanaşma vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə də töhfə verəcək. Əgər bu sistem tətbiq edilərsə, səhiyyədə böyük müsbət irəliləyişlərdən danışmaq mümkün olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Fevral 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see298

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see288

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see254

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see252

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see246

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see237

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see217

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see216

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see204

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see198

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see196

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see195

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see191

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see186

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see181

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see178

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see172

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see165

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see163

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri