Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni tədris ilinin başlamasına sayılı günlərin qalması ilə əlaqədar yollarda nəqliyyat sıxlığının artacağı gözlənilir.
Problemin həlli yollarından biri kimi çevik iş qrafikinin tətbiqi təklif olunur.
Bəs, vətəndaşlar bu məsələ ilə bağlı nə düşünürlər?
Moderator.az AzTV-ə istinadla xəbər verir ki, Onların sözlərinə görə, çevik iş qrafikinin tətbiqi yollardakı tıxacların azalmasına kömək edə bilər.
Mütəxəssislər də bildirirlər ki, belə bir rejimin tətbiqi iş yerlərində məhsuldarlığın artmasına səbəb ola bilər.
Hazırda isə yeni tədris ili ilə əlaqədar yollarda yarana biləcək sıxlığın qarşısının alınması üçün hansı tədbirlər görülür?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələyə aydınlıq gətirib:
"Xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 min sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə sərnişin sıxlığına nəzarət edilir və avtobusların sayı tənzimlənir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 06 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















