Icma.az
close
up
RU
ТMİF in Baş qərargahında Fondun Şurasının ikinci ekspert görüşü keçirilib FOTO

ТMİF in Baş qərargahında Fondun Şurasının ikinci ekspert görüşü keçirilib FOTO

Bakupost saytına istinadən Icma.az xəbər verir.


23-24 yanvarın tarixlərində Тюрк Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən Baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü baş tutub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər və mədəniyyət nazirlərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

Bakupost.az xəbər verir ki, Fondun prezidenti Aqtotı Raımkulova qonaqları salamlayıb və 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. O, Fond tərəfindən 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Aqtotı Raımkulova bir sıra mühüm layihələri qeyd edib: Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, "Türk Dünyası 2040-a baxış" sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk Mədəniyyəti İrsinin Kataloqunun hazırlanması, Beşinci Dünya Köçərilər Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyət irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının keçirilməsi, "Türk Dünyasının Məşhur Şəxsiyyətləri", "Türk ədəbiyyatının Zərgərləri", "Türk Dünyasının Elmi Xəzinələri" adlı kitab seriyalarının nəşr edilməsi, Bakıda "Türk Dünyası tarixi və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması" mövzusunda beynəlxalq konfransın təşkili, Parisdəki UNESCO qərargahında türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış "Divani Lüğət at-Türk" adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi.

İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri yer alıb. Dövlət orqanlarının nümayəndələri və Fondun əməkdaşları təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıb, 2025 və 2026-cı illər üçün Fondun fəaliyyət planlarına daxil edilmiş Türk Dünyasının zəngin irsinin populyarlaşdırılması, qorunması və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə Fondun Şurasına Qazaxıstan Respublikası sədrlik edir və Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəyi 2-ci Şura iclası 2025-ci il fevralın 7-də Astana şəhərində keçiriləcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri