“Tofiq Bəhramov”dakı davranışına görə komandadan qovulacaq... “Qarabağ” nə edirsən?
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FKSB-nin prezidenti Cici Bekali komandanın futbolçusu Marius Ştefeneskunu cəzalandırıb.
“Football-plus.az” xəbər verir ki, buna oyunçunun Avropa Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyunda ciddi səhvlərə yol verməsi səbəb olub. Funksioner “Prime Sport”a açıqlamasında Mariusu komandadan qovmaqla təhdid edib:
“Gücün yoxdusa, driblinq edə bilmirsənsə, heç olmasa, sürətli ötürmə texnikasına sahib olmalısan. Səhv edirsənsə, oyunun taleyi vecinə deyilsə, bizimlə deyilsən! Mariusun potensialı var. İntellektual və hərəkətli futbolçudu. Onu çox bəyənirdim. Amma indi həmin Marius yoxdu. Ümid edirəm ki, tezliklə özünü toparlayacaq. Bu alınmasa, bizimlə qalmayacaq”.
Xatırladaq ki, Ştefenesku “Qarabağ”la matçın 46-cı dəqiqəsində əvəzlənib. Oyun Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















