Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Tofiq Zülfüqarov: İrəvanda çox maraqlı hadisələr baş verir

Tofiq Zülfüqarov: İrəvanda çox maraqlı hadisələr baş verir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Paşinyan davamlı vurğulayır ki, Qarabağa ermənilərin qayıdışı mümkün deyil

Tofiq Zülfüqarov: “Amma onun diplomatları Avropa İttifaqı ilə sənəd imzalayırlar və orada "Qarabağ erməniləri" məsələsi əksini tapır”

 Ermənistan İstintaq Komitəsinin əməkdaşları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyi barədə istintaq başladıb. Məlumata görə, İstintaq Komitəsi tərəfindən ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisində aparılan axtarış "müstəqillik referendumu günü" və "Dağlıq Qarabağın konstitusiyasının qəbulu" ilə bağlı müzakirələrə görədir. Separat iclasda "ermənilərin Qarabağa qayıdışı məsələsi" də müzakirə olunub. Separatçıların vəkili Roman Yeritsyan bildirib ki, axtarışlar separatçı ünsürlərə qarşı açılmış iqtisadi cinayət işi ilə əlaqəlidir. Ermənistan mediası məlumat yayıb ki, aparılan axtarışlardan sonra Qarabağ separatçılarının İrəvandakı ofisi ilin sonuna qədər bağlana və ya binası müsadirə edilə bilər. Məlumata görə, separatçıların özləri nümayəndəliyin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, təhlükəsizlik qüvvələrinin əsas hədəfi Qarabağdakı separatçı qalığın keçmiş lideri Samvel Şahramanyandır. Məlumat üçün bildirək ki, Avropa İttifaqı ilə Ermənistan arasında "Tərəfdaşlıq Gündəliyi" adlı sənəd imzalanıb. Sənəddə qeyd olunub ki, Aİ Ermənistanla tərəfdaşlıq çərçivəsində "Dağlıq Qarabağdan "didərgin düşmüş ermənilər"in ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək". 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Şərq"ə İrəvanda çox maraqlı hadisələrin baş verdiyini deyib. Sabiq XİN başçısı qeyd edib ki, hətta Avropa İttifaqının Ermənistanla bağlı qəbul etdiyi sənəddə də "Qarabağ erməniləri" mövzusunu yenidən gündəmə gətiriblər: "Bunlar təsadüfi deyil. Əslində, Paşinyan administrasiyası çalışır ki, "Qarabağ erməniləri" məsələsi ilə Qərbi Azərbaycan mövzusunu eyniləşdirsin. Yəni gələcəkdə hansısa öhdəliklər götürməklə bu məsələlərdən qarşılıqlı şəkildə imtina edilməsi təklifini irəli sürürlər. Təbii ki, Ermənistan tərəfinin bununla bağlı öz öhdəliyini icra edəcəyinin qarantiyası yoxdur. Hökumət özü buna getməsə də, prosesi "müxalif hərəkat" adlandıra, ölkədə "demokratiya" olduğunu iddia edə bilər. Bunu bəhanə gətirərək rəsmi şəkildə imtina edə bilərlər. Düzdür, Paşinyan davamlı vurğulayır ki, Qarabağa ermənilərin qayıdışı mümkün deyil və bunu istəmir. Amma onun diplomatları Avropa İttifaqı ilə sənəd imzalayırlar və orada "Qarabağ erməniləri" məsələsi əksini tapır. Hətta həmin sənəddə "Dağlıq Qarabağ erməniləri" barədə 4-5 bənd əlavə edirlər. Bu, açıq-aşkar ziddiyyətdir. 2023-cü ilədək Azərbaycan dövləti Qarabağda yaşamaq istəyən ermənilərə şərait və imkan yaradıb, onlara vətəndaşlıq təklif edib. Amma özləri bunu qəbul etməyiblər. Yaxşı, bəs Ermənistan rəhbərliyindən Qərbi azərbaycanlılarla bağlı hansısa bəyanat səsləndirilibmi? Yox. Ancaq hay-həşir salıblar ki, "qoymayın, azərbaycanlılar gələcək, Ermənistan dağılacaq" və s". 

T.Zülfüqarov əlavə edib ki, ermənilərin Qarabağa qayıdışı ilə Qərbi Azərbaycana geri dönüş məsələsinin eyniləşdirilməsi qətiyyən doğru deyil: "Çünki münaqişəni, müharibəni Ermənistan tərəfi başladıb, etnik təmizləməni ermənilər həyata keçirib. Ermənistan tərəfi siyasi məsuliyyətini dərk edəcəkmi? Digər tərəfdən, sovet dövründə bizdən alınmış torpaqlar da hələ gündəmdədir. İctimaiyyətimiz bu mövzuları diqqət mərkəzində saxlayır. Qərbi Azərbaycan məsələsi bizim gündəmimiz olacaq. Biz hələ gözləyirik ki, görək, Ermənistan tərəfi ərazi iddiaları ilə bağlı məqamları qanunvericiliyindən nə zaman təmizləyəcək". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri