Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Toğrul İsmayıl: İnanıram ki, Türkiyə və Azərbaycan hadisəni tam dəqiqliyi ilə ortaya çıxaracaq

Toğrul İsmayıl: İnanıram ki, Türkiyə və Azərbaycan hadisəni tam dəqiqliyi ilə ortaya çıxaracaq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin həlak olduğunu təsdiqləyib. Gürcüstanın daxili işlər naziri Gela Geladze deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan, Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması ilə bağlı birgə beynəlxalq araşdırma qrupu yaradıb. Onun sözlərinə görə, türk mütəxəssislər hadisə yerində bütün gecə işləyib və istintaq hərəkətlərində iştirak edirlər. Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi - “Hava nəqliyyatının təhlükəsizlik və ya istismar qaydalarının pozulması, insan tələfatına səbəb olduqda” maddəsi ilə cinayət işi açıb. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Türkiyə lideri telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib. Məlumat üçün bildirək ki, təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Vurğulanıb ki, təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub. Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasının başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Qeyd olunur ki, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orada gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib. Məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub. İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Bəzi ekspertlərə görə, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı. Digər versiya isə ondan ibarətdir ki, təyyarələrdə daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir. İstənilən halda təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.

Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a deyib ki, Azərbaycan 8 noyabr Zəfər Gününün 5 illiyində çox möhtəşəm Parad keçirtdi. Politoloq vurğulayıb ki, parada Azərbaycan rəsmi qaydada bir çox ölkə rəhbərlərini dəvət etmişdi:

"Qardaş Türkiyə və dost Pakistan ən yüksək səviyyədə Paradda təmsil olundu. Ancaq Avropa ölkələrini təmsil edən səfirlər parada qatılmadı, müxtəlif bəhanələr gətirdilər. Digər yandan, son zamanlar Cənubi Qafqaz regionu uğrunda ciddi mübarizə, geopolitik rəqabət var. Azərbaycan AZAL təyyarəsinin vurulmasından sonra xeyli müddətdir Rusiya ilə gərginlik yaşadı. Belə məqamda hərbi parad mühüm mesajları özündə ehtiva edirdi. Türkiyə və Azərbaycan vahid vücud halında bölgədə stabilliyi və təhlükəsizliyi təmin edir. Pakistanın da burada iştirakı bu təminatın nə qədər genişlənməsindən xəbər verir. Son günlərdə Ermənistan rəhbərliyi də ağlı başında dövlət adamı kimi çıxış etməkdədir. Bunlar müəyyən dairələri ciddi şəkildə narahat edən məqamlardır. Heç kimi ittiham etmirəm. Əlbəttə, Türkiyəyə məxsus hərbi yük təyyarəsinin paraddan sonra Gəncədən havaya qalxması və Gürcüstan-Azərbaycan sərhədinə yaxın bölgədə, dağlıq ərazidə qəzaya uğraması texniki nasazlıq səbəbindən də ola bilər. Ancaq Gürcüstan tərəfinin paylaşdığı görüntülərdən hadisənin elə də bəsit olmadığı aydın olur. Bənzər hadisələrlə bağlı anlayışı olan, vurulan təyyarənin necə düşməsini araşdıran bir şəxs kimi deyirəm ki, texniki problemlər ehtimalı ilə yanaşı, digər iddiaları da nəzərə almaq lazımdır. İnanıram ki, Türkiyə və Azərbaycan hadisəni tam dəqiqliyi ilə ortaya çıxaracaq".

Professor əlavə edib ki, Gürcüstan dövləti də ciddi araşdırma aparmalıdır:

"Hadisə qonşu Gürcüstan səmasında baş verdiyinə görə, bu ölkənin üzərində də məsuliyyət var. Azərbaycan və Türkiyə ittifaqı elə bir səviyyədədir ki, artıq sadəcə "iki dövlət, bir millət" yox, həm də "bir ordu" anlayışı mövcuddur. Parad da əslində bir növ bu ortaq gücün nümayişi idi. Görünür, bundan məmnun olmayan güclər var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri