Icma.az
close
up
RU
Tokayev: “Dünya ən ağır böhranlardan birinin astanasındadır”

Tokayev: “Dünya ən ağır böhranlardan birinin astanasındadır”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dünyadakı cari hadisələr qlobal iqtisadi fırtınanın xəbərçisi ola bilər.

“Report”un yerli bürosu Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxt iqamətgahında qazaxıstanlı alimlər qarşısında çıxışı zamanı bildirib.

"Bir çox ekspertlər bəyan edirlər ki, dünya son onilliklərin ən ağır böhranlarından birinin astanasındadır. Tarif müharibələri nəticəsində istehsal və ticarət zəncirləri qırılır, bazarların zəifləməsi qeydə alınır, xammal qiymətlərində yüksək volatillik müşahidə olunur. Bu qaçılmaz olaraq bütün ölkələrə, o cümlədən Qazaxıstana təsir edəcək", - K.Tokayev bildirib.

O, toplantı iştirakçılarını əmin edib ki, ölkə hakimiyyəti bu iqtisadi fırtınanın Qazaxıstan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması məsələlərinin həlli ilə məşğuldur: "Əminəm ki, panikaya səbəb yoxdur. Biz həmişə səylərimizi prioritet istiqamətlərə yönəldərək bütün çağırışların öhdəsindən inamla gəlmişik".

K.Tokayev, əlverişsiz xarici amillərə baxmayaraq, bütün prioritet infrastruktur layihələrinin və digər planlaşdırılmış işlərin tam həcmdə yerinə yetiriləcəyinə əminlik ifadə edib.

Qazaxıstan Prezidenti xatırladıb ki, aprelin 9-da ölkə hökumətinə və yerli icra orqanlarına inkişaf tempinin və investisiya axınının azalmasının qarşısını almaq məqsədilə fəaliyyət planı üzərində işi təcili şəkildə tamamlamağı tapşırıb.

"İndiki şəraitdə investisiyalar uğrunda mübarizə başlayacaq. Biz bütün variantlara hazır olmalı, praqmatik və inamla hərəkət etməliyik. Böhranlar ona görə yaxşıdır ki, idarəçilərin işgüzar keyfiyyətlərinin olub-olmadığını aydın şəkildə göstərir, həm də yeni imkanlar yaradır. Bu, radikal xarici şoklar şəraitində milli iqtisadiyyatın dayanıqlığını və sosial sabitliyi qorumaq üçün son dərəcə vacibdir", - o qeyd edib.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri