Icma.az
close
up
RU
Tolerant ölkədən tolerant dünyaya ... Azərbaycanda dini ayrı seçkiliyə dövlət də, cəmiyyət də imkan vermir

Tolerant ölkədən tolerant dünyaya ... Azərbaycanda dini ayrı seçkiliyə dövlət də, cəmiyyət də imkan vermir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dalay Lama deyirdi ki, böyük səbir və dözümlülük ehtiyatına malik olan insan həyatı xüsusi bir sakitlik və dincliklə keçir. Belə bir insan yalnız xoşbəxt və emosional balanslı deyil, həm də daha sağlam və xəstəliklərə qarşı daha az həssasdır. “Onun iradəsi güclü, iştahası yaxşıdır, vicdanı təmiz olduğu üçün yuxuya getməsi daha asan olur”.

Tolerantlıq fərqli dünya görüşünə, həyat tərzinə, davranışına və adətlərinə hörməti bildirən termindir. Tolerantlıq başqa dünya görüşünü və ya həyat tərzini qəbul etmək demək deyil, əksinə, başqalarına öz dünyagörüşünə uyğun yaşamaq hüququ verməkdir. Tolerantlıq müxtəlif baxışlara, əxlaqlara və vərdişlərə dözümlülükdür. Tolerantlıq müxtəlif xalqların, millətlərin və dinlərin xüsusiyyətlərinə münasibətdə zəruridir.

Azərbaycan hər zaman tolerant ölkə olub. Ölkə əhalisinin təxminən 96 faizi müsəlmanlardır. 4 faizi isə, digər dinlərin nümayəndələri - xristianlar, yəhudilər, bəhailər, krişnalar və s. təşkil edir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni şəkildə münasibət göstərilir, onlar dini ayrı-seçkiliyə məruz qalmırlar. Yəni heç kim - istər dövlət, istərsə də vətəndaşlar heç kimin dininə və ya inancına, adət-ənənələrinə, düşüncə tərzinə qarışmır. Bütün dinlərin nümayəndələri ölkədə azad şəkildə öz dinlərinə itaət edə bilirlər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dini və milli tolerantlıq dedikdə ölkədə yaşayan müxtəlif dinlərin, xalqların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşamasından söhbət gedir. Yəni bir-birinin inancına hörmət etmək, ona hörmətlə yanaşmaq və eyni zamanda hər bir dinin nümayəndəsinə bərabər şəraitin yaradılmasından gedir. Deputat vurğulayıb ki, bu gün Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür.

Ceyhun Məmmədov

“Bu gün nəinki Azərbaycanda, bunun üçün etiqad azadlığına şərait yaradılır. Eyni zamanda bu şəraitin yaradılması ilə dövlət bu kateqoriyadan olan insanlara, ümumiyyətlə, ölkədə mövcud olan bütün dinlərə, məzhəblərə şəraiti və bərabər imkanı da yaradır. Yəni bu mənada bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizmin mərkəzlərindən biri hesab olunur. Bu gün Azərbaycan bu istiqamətdə artıq lider bir dövlətə çevrilib. Biz bu gün həyata keçirilən bütün siyasətdə atılan bütün addımlarda bunu açıq-aydın görürük”-deyə deputat qeyd edib.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri tarix boyu sülh şəraitində yaşayıblar. Deputatın sözlərinə görə, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu məsələyə daha da önəm verdi, daha da diqqəti artırdı.

“Əgər Azərbaycanda müstəqillikdən əvvəl 18 məscid vardısa, bu gün 2250-dən artıq məscid var. Bu gün Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinə dövlətimiz tərəfindən lazım olan hər cür şərait yaradılır. Bu gün Bakıda bir neçə Pravoslav kilsəsi, bir katolik kilsəsi, bir neçə sinaqoq fəaliyyət göstərir. Bölgələrdə də xalq bütün xalqların nümayəndələrinə bərabər şərait yaradılıb. Onların musiqiləri var, onların qəzetləri var, rəqs qrupları var”-deyən Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır.

P.S. Ölkə başçısı İlham Əliyev ölkədə olan bütün dini bayramlarda müsəlmanlara, xristianlara və digər dini inancları olan vətəndaşlara müraciət edir, tolerantlıq mühitinin formalaşması istiqamətində görülən işlərə də ciddi şəkildə nəzarət edir.

Qeyd edək ki, Azərbaycan “tolerant ölkədən tolerant dünyaya” şüarına nail olmağı qarşısına məqsəd qoyub. Bu, Azərbaycan üçün zəruri prosesdir. Azərbaycan ölkədə yaşayan müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibəti ilə tanınır. Azərbaycan kimliyi qoruyub saxlamaqla, tolerantlığı sintez edir. Azərbaycanda etnik və dini icmaların mədəni irsinin qorunub saxlanmasına, həmçinin təbliğinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Dövlət etnik mədəniyyətlərin qorunması və inkişafı üçün ciddi tədbirlər görür, müxtəlif etnik qrupların regional dillərinin dəstəklənməsinə xüsusi diqqət yetirir.

Con Kennedihesab edirdi ki, tolerantlıq insanın öz əqidəsinə sadiq qalmaması demək deyil. Tolerantlıq başqalarına qarşı edilən zülm və təqibləri pisləmək deməkdir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi; - MART

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri