Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Tolerantlıq öz dəyərlərindən imtina etmək deyil

Tolerantlıq öz dəyərlərindən imtina etmək deyil

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Öz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, bütün müsəlmanların ortaq dəyərlərinə sahib çıxmalıyıq 

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın Türk dünyası və İslam aləmində artan rolunun göstəricisidir. Müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin Bakıda bir araya gəlməsi tədbirlərin coğrafi miqyasını genişləndirməklə yanaşı, onların mənəvi və siyasi əhəmiyyətini də artırır.

Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərdə də əsas xətt məhz birlik, İslam həmrəyliyi, sülh və Azərbaycanın əldə etdiyi nəticələrin gələcək inkişaf üçün yaratdığı imkanlar üzərində qurulub.

Azərbaycanın dövlət siyasətində islam həmrəyliyinin praktiki müstəvidə təşviqi xüsusi yer tutur. Prezidentin də vurğuladığı kimi, məqsəd yalnız həmrəylik haqqında danışmaq deyil, onu konkret təşəbbüslər və əməli addımlarla gücləndirməkdir. Bu yanaşma Azərbaycanın İslam dünyası ilə münasibətlərinin siyasi və humanitar istiqamətlərində özünü göstərən xəttdir.

Çıxışda beynəlxalq gündəmin digər mühüm istiqamətlərindən biri də islamofobiya məsələsidir. Prezident İlham Əliyev İslam dünyasına qarşı münasibətdə ikili standartların mövcud olduğunu bildirərək islamofobiyanı daha geniş prosesin tərkib hissəsi kimi xarakterizə edib.

İslamofobiya ilə mübarizə yalnız siyasi bəyanatlarla məhdudlaşmayan, mədəniyyətlərarası dialoq, dini tolerantlıq və qarşılıqlı hörmət tələb edən uzunmüddətli prosesdir. Bu baxımdan Azərbaycan özünü müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan kimi təqdim edir və bu təcrübənin beynəlxalq səviyyədə təşviqinə xüsusi diqqət yetirir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın əhəmiyyətinin vurğulanması da bu kontekstdə diqqət çəkir. İnsan qardaşlığı, dini və mədəni müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və sülh ideyaları müasir beynəlxalq münasibətlər sistemində mühüm humanitar dəyərlər kimi çıxış edir.

Əlavə edək ki, Azərbaycanda dini və milli tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkədə müxtəlif dini konfessiyaların və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Bu yanaşma cəmiyyətdə sabitliyin və sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış təcrübəsini beynəlxalq müstəvidə də təşviq edir. Dini icmalar arasında dialoqun gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindən biri kimi çıxış edir. Müxtəlif dini və milli mənsubiyyətlərə malik insanların hüquq və azadlıqlarının qorunması ölkənin ictimai həyatında mühüm əhəmiyyət daşıyır.

Azərbaycan bu sahədə həyata keçirdiyi təşəbbüslərlə mədəniyyətlərarası anlaşmanın inkişafına töhfə verir. Dini tolerantlıq və millətlərarası münasibətlərdə qarşılıqlı hörmət cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm amillərdir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın tolerantlıq modeli beynəlxalq əməkdaşlıq və humanitar dialoq baxımından diqqət çəkən nümunələrdən biri kimi təqdim olunur.

İlahiyyatçı Tural İrfan "Şərq"ə açıqlamasında dini və milli tolerantlığın qorunmasının müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müxtəlif dinlərin və millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması cəmiyyətdə sabitliyin əsas şərtlərindən biridir:

“Qərbdə müəyyən dairələrin İslam aləminə qarşı mübarizəsi müasir üsullarla aparılan səlib yürüşünü xatırladır. Həqiqətən də, bu, cənab Prezidentin dediyi kimi, elan olunmamış müharibə şəklindədir. Bu proses xüsusilə 1990-cı illərin sonlarından, Sovet İttifaqının süqutundan sonra daha bariz şəkildə özünü göstərib.

Əvvəlcə ərəb dünyasına, daha sonra isə bütövlükdə İslam aləminə qarşı yönələn bu mübarizə müxtəlif üsullarla həyata keçirilir. Orta əsrlərdə qılınc və qalxanla aparılan səlib yürüşləri bu gün fərqli formalarda davam edir. Bir çox müsəlman ölkəsinə qarşı açıq-aşkar təcavüzlər və işğallar baş verir. Buna Əfqanıstan, İraq, hazırda isə İran və digər dövlətlərə qarşı həyata keçirilən prosesləri nümunə göstərmək olar.

Eyni zamanda, mədəniyyətlərarası müharibə də gedir. Bu qarşıdurma elan olunmamış şəkildə və müxtəlif adlar altında həyata keçirilir. İslam dünyada mədəniyyətin və mənəviyyatın tərkib hissəsidir. Bu dinə və onun mənsublarına qarşı da mübarizə davam edir.

Müəyyən şəraitlər yaradılır, təhlükəli vasitələrdən istifadə olunaraq İslam dünyasında Qərb dairələrinin öz əli ilə müəyyən radikal və ekstremist qruplar yaradılır. Sonra həmin qruplar silahlandırılır və terrorçu təşkilatlara çevrilir. Bundan sonra isə İslam terrorla əlaqələndirilərək terror görüntüsü yaradılır və həmin ölkələrə, xalqlara və mədəni irsə qarşı müharibə, vandalizm aktları başlayır”.

İlahiyyatçı qeyd edib ki, Əfqanıstan, İraq, İran və digər müsəlman ölkələrində baş verən proseslər, eləcə də mədəniyyətlərarası qarşıdurmalar bu yanaşmanın nümunələridir: “Bəzi hallarda radikal və ekstremist qrupların yaradılması, silahlandırılması, daha sonra isə islamın terrorla əlaqələndirilməsi müşahidə olunur. Bu proseslər nəticəsində müsəlman ölkələrinə, xalqlara və mədəni irsə qarşı hücumlar həyata keçirilir”.

T.İrfan vurğulayıb ki, Azərbaycan da İslam dünyasının bir hissəsi kimi bu proseslərin fəsadlarından əziyyət çəkən ölkələrdəndir: “Qarabağın işğalı zamanı dini abidələrimizin, məscidlərimizin təhqir olunması və buna beynəlxalq dairələrin göz yumması həmin yanaşmanın nümunələrindən biri idi. Bu baxımdan, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının birləşməsi, ortaq irsimizin, mədəniyyətimizin və dini dəyərlərimizin qorunması vacibdir. Öz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, bütün müsəlmanların ortaq dəyərlərinə də sahib çıxmalıyıq”.

İlahiyyatçı əlavə edib ki, islamofobiyaya, Quranın təhqir olunmasına və müsəlmanların hüquqlarının pozulması hallarına qarşı mübarizədə birlik əsas amildir:

“Cənab Prezidentin bu çağırışı islamın prinsiplərinə, beynəlxalq hüquqa və sülh ideyalarına uyğundur. Heç kimə təcavüz etmədən, öz coğrafiyamızı, əhalimizi, milli və dini dəyərlərimizi qorumaq üçün birləşməliyik. Bu, sülhə və sabitliyə aparan yolun mühüm başlanğıcıdır.

Dini və milli ayrı-seçkiliyə, islamofobiyaya və digər dözümsüzlük formalarına qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətdə qarşılıqlı hörmət və dialoq mədəniyyəti gücləndirilməlidir. Dinlər və xalqlar arasında qarşıdurmanı deyil, əməkdaşlığı təşviq edən yanaşma həm milli, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu baxımdan özünəməxsus təcrübəyə malik olduğunu qeyd etmək lazımdır. Ölkədə müxtəlif dini konfessiyaların və milli-etnik qrupların nümayəndələrinin birgə yaşaması tolerantlıq və multikultural dəyərlərin cəmiyyət həyatında mühüm yer tutduğunu göstərir.

Biz öz dini və milli dəyərlərimizi qorumaqla yanaşı, başqa dinlərə və xalqlara da hörmətlə yanaşmalıyıq. Tolerantlıq öz dəyərlərindən imtina etmək deyil, fərqli inanc və mədəniyyətlərə sahib insanların hüquqlarına hörmət etməkdir. Bu yanaşma cəmiyyətdə həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir”.

T.İrfan hesab edir ki, dini və milli tolerantlığın gücləndirilməsi xüsusilə gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Müxtəlif mədəniyyət və dinlərə hörmətin təşviqi radikalizm və ayrı-seçkiliyin qarşısının alınmasına, cəmiyyətdə sağlam münasibətlərin formalaşmasına töhfə verə bilər: “Dini liderlərin, ziyalıların və ictimai xadimlərin bu istiqamətdə birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Belə əməkdaşlıq müxtəlif icmalar arasında dialoqun genişlənməsinə və millətlərarası münasibətlərin daha da inkişafına imkan yaradır.

Əsas məqsəd müxtəliflikləri qarşıdurma səbəbinə deyil, cəmiyyətin zənginliyi kimi qəbul etməkdir. Dinlər və xalqlar arasında qarşılıqlı hörmət, dialoq və həmrəylik qorunduğu müddətdə cəmiyyətdə sülh və sabitliyin möhkəmlənməsi üçün daha geniş imkanlar yaranır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Sentyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri